Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Gəncə şəhər Nizami Gəncəvi Muzeyi

Nizami Gəncəvi muzeyinin yeni binasının tikintisinə 2012-ci ildə başlanılmış, 2014-cü ildə istifadəyə verilmişdir. Nizami muzeyi Nizami Məqbərəsinin ərazisində inşa edilmişdir. Nizami Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən eksponatlar, qədim əlyazmaları, “Xəmsə” motivində çəkilmiş illüstrasiyalar vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli “Dahi Azərbaycan şairi və mütəffəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən şairin vətəni Gəncədə, Bakı şəhərində və xarici

ölkələrdə Beynəlxalq səviyyədə keçirilən yubileylərindən foto görüntülər və s. bu muzeydə nümayiş etdirilir.

Ünvan:
Gəncə şəhəri, Bakı-Yevlax şossesi