Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi

Tabe təşkilatlar

Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi

Bakı-Qazax magistral yolunun üstündə şəhərin Şərq istiqamətində giriş hissəsində yaradılmışdır.

Kompleksin tikintisinə 2012-ci ilin yanvarında başlanılmış, 2014-cü ilin yanvarında başa çatdırılmışdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfindən inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr, qalanın əsas hissəsi 5 mərtəbəli, baş sütün hissəsi ilə birlikdə 7 mərtəbəlidir. Kompleksin qarşısında 75 metr hündürlükdə Dövlət Bayrağı ucaldılmışdır, ətrafında park salınmışdır. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Kompleksdə Nizami Gəncəvinin Sələfləri və Xələflərinin şəkillərindən ibarət qalereya, Gəncənin hərb tarixi muzeyi, Gəncə əhalisinin məişəti, mədəniyyəti və s. bəhs edən muzey yaradılmışdır.

Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksində 2014-cü ildən ofis binası olmadığı üçün Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğu fəaliyyət göstərir.

Ünvan:
Gəncə şəhəri, Bakı-Yevlax şossesi