Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Gəncə Dövlət Rəsm Qalereyası

Gəncə Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin əmri ilə 1984-cü ilin aprel ayının 15-də yaradılmışdır.

Gəncə Dövlət Rəsm Qalereyasının açılışında Ulu öndər Heydər Əliyev cənabları iştirak etmişdir.

İlk öncə Gəncə Dövlət Rəsm Qalereyasının rəhbəri mərhum Fazil Əliyev, sonralar isə uzun müddət işləmiş rəssam Telman Cəfərov olmuşdur.

2004-cü ildən isə Rəsm Qalereyasına xalçaçı-rəssam Osman Faiq Məcid oğlu rəhbərlik edir.

Gəncə Dövlət Rəsm Qalereyası bu günə kimi bir çox respublika və beynəlxalq miqyaslı sərgilərdə iştirak etmişdir.

Gəncə Dövlət Rəsm Qalereyası 2014-cü ildən Məhsəti Gəncəvi Mərkəzində öz fəaliyyətini davam etdirir.

Qalereyanın fondunda 58 ədəd rəsm və rəngarlıq əsərləri daxildir.

Qalereyada hal-hazırda 7 nəfərdən ibarət işçi heyyəti fəaliyyət göstərir.

Ünvan:
Gəncə şəhər, Əttarlar küşəsi, Məhsəti Gəncəvi Mərkəzi
Telefon:

(022) 256-66-57

 

115.6 KB