Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Gəncə şəhər «Xan Bağı» Mədəniyyət və istirahət Parkı

“Xan Bağı” Mədəniyyət və İstirahət Parkı, Qafqazın və Azərbaycanın ən qədim parklarından biridir.

Park bitki florasının zənginliyinə görə bütün ölkədə məşhurdur. Ağacların növ tərkibi yerli cinslər hesabına artırılıb. Daxilində xiyabanlar salınmış, yay teatr binası, müxtəlif istirahət güşələri, su hovuzları, fəvvarələr tikilmişdir.

Parkın yaraşıqlı yerlərindən biri də onun mərkəzində yerləşən əzəmətli çinar xiyabanıdır. Cərgələnən çinarlar arasında su hovuzları və fəvvarələr düzəldilmişdir.

Park şəhərin havasının saf qalmasında, yay mövsümündə, qızmar günəşin, qışda soyuq küləklərin qarşısının alınmasında müstəsna rol oynayır.

Şəhər əhalisinin başlıca istirahət yeri olan «Xan Bağı»nda xalq şairi Nigar Rəfibəylinin heykəli, ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəbri, Gəncə qala divarının qalığı, eləcə də «Yaşıl Teatr» və s. vardır.