Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Samux

Samux rayonunda 2010-cu ildə ümumi məhsul buraxılışının həcmi 79,2 min manat olmuşdur ki. onun da, 41,9 min manatı və ya 53,0 faizi kənd təsərrüfatı, 4,9 min manatı və ya 6,2 faizi sənayenin, 15,8 min manatı və ya 19,8 faizi tikintinin, 2,0 min manatı və ya 2,5 faizi nəqliyyatın, 0,4 min min mana tı və ya 0,5 faizi rabitənin və 14,2 min manatı və ya 18,0 faizi ticarətin payna düşür.
Göründüyü kimi rayon iqtisdiyyatının əsasını kənd təsərrüfatı məhsularının istehsalı təşkil edir. Rayonda kənd təsərrüfatına yararlı torpaq sahəsi 70821 hektardır ki, onun da 20958 hektarını əkinə yararlı torpaqlar təşkil edir. 2011-ci ildə 21262 hektar sahə əkin altında olmuşdur ki, bunun da 9466 hektarı taxıl, 1749 hektarı günəbaxan, 544 hektarı bostan, 1009 hektarı tərəvəz, 7728 hektarı ot, 324 hektar kartof, 284 hektarı qarğıdalı və 158 hektarı digər məhsullar olmuşdur. 2011-ci ilda rayonda 31017 ton taxıl, o cümlədən 18982 ton buğda, 12035 ton arpa istehsal olunmuş. Orta məhsuldarlıq 32,7 sentner təşkil etmişdir.
Son illərdə rayonda üzümçülük və meyvəçilik üstün inkişaf etdirilən sahələrdəndir. Hazırda rayonda 1115 hektarı üzüm, 1084 hektarı meyvə bağı vardır. 1010-cu ildə bağlarda 6,3 min ton üzüm, 14,2 min ton meyvə istehsal olunmuşdur.
2011-ci il 01 iyul tarixə iri buynuzlu mal-qaranın sayı 20098 baş olmuşdur ki, onlardan da ana inək və camışların sayı 9758 baş təşkil etmişdir. Qoyun və keçilərin sayı 162730 başa çatdırılmışdır. 2010-cu ildə 1806 ton (kəsilmiş çəkidə) ət, 13615 ton süd, 31,6 ton yun və 5,7 miliyon ədəd yumurta istehsal olunmuşdur.
Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı və ilkin emalı ilə məşğul olan "AZRUS Dostluq" MMC istixana kombinatı, "Universal NAA" MMC meyvə tərəvəz anbarı, "Suliddinoğlu" Kəndli Fermer Təsərrüfatı, "Quşçuluq"fabriki, "Samuxkonserv" nar şirələrinin konservləşdirilməsi zavodu və s. kimi iri müəssisələr fəaliyyət göstərir.
Son illərdə rayonda aqrar sahə ilə paralel sənaye sahəsi də sürətlə inkişaf edir. Belə ki, 2003-cü ilə nisbətdə 2010-cu ildə sənaye məhsulunun həcmi 8,8 dəfə artmışdır. Sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi 58,3 faiz təşkil etmişdir. Rayonda fəaliyyət göstərən 9 sənaye müəssisəsindən 2 dövlət, 7-si isə qeyri-dövlət müəssisəsidir.

 

268.4 KB

 

44.5 KB

 

146.6 KB