Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi

Region haqqında
Təhsil

Kəlbəcər

Kəlbəcər Təhsil Şöbəsi haqqında məlumat

Kəlbəcər rayon təhsil şöbəsi rayonun işğalından sonra Gəncə şəhəri Gülüstan qəsəbəsi Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasında yerləşməklə öz fəaliyyətini davam etdirir.
Şöbənin müdir əvəzi: Abdurəhmanov Məhiyəddin Ağaxan oğludur.

Əlaqə telefonları: (022) 58-00-66, 050-351-82-02

Kəlbəcər 189 saylı peşə məktəbi

Kəlbəcər 189 nömrəli peşə məktəbi Goranboy rayonunda Qaraqoyunlu kəndində fəaliyyətini davam etdirir.
2011-ci ilin başlanğıcında məktəbin vəziyyəti dərindən təhlil edilmiş, işdə olan nöqsanlar aşkar edilmiş və həmin nöqsanların aradan qaldırılması üçün məktəbin iş planı tərtib edilmişdir.
Təhsil Qanununun, Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ sənədlərinin, əmr və sərəncamlarının yerinə yetirilməsini təmin etmək üçün məktəbdaxili nəzarət gücləndirilimişdir.
Məktəb pedoqoji kollektivinin hər bir üzvünün il boyu görəcəyi işlər konkret olaraq onun qarşısına qoyulmuşdur. Təlim-tərbiyə prosesinin bütün sahələrinə nəzarət gücləndirilmiş, məşğələlərin aparılması keyfiyyətinə, şagirdlərin dərslərə davamiyyəti, onların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə, intizamının vəziyyətinə xüsusi diqqət yetirilmişdir.
Pedoqoji kollektivin hər bir üzvünə iş onun ixtisasına və praktiki təcrübəsinə uyğun olaraq tapşırılmışdır. Məktəb pedoqoji şurasının işi gücləndirilmişdir. Hər bir pedoqoji şura iclasında əvvəlki şurada qoyulan məsələlərin yerinə yetrilməsi vəziyyəti müzakirə edilmiş, pedoqoji kollektivin hər bir üzvünə müstəqil fikir bildirmək və təkliflərini vermək üçün imkan yaradılmışdır.
Pedoqoji şuralarda məktəb işinin bütün sahələrini əhatə edən məsələlər müzakirə edilmiş, işdəki qüsurların aradan qaldırılması üçün qərarlar qəbul edilmişdir.
Müntəzəm olaraq məktəb rəhbərliyi tərəfindən istehsalat təlimi ustaları və müəllimlərin hesabatları dinlənilmiş, onlara lazımi metodiki göstərişlər verilmişdir.
Tədrisin keyfiyyətinin yüksəldilməsi üçün dərs dinləmə qrafiki tərtib edilmiş, mütəmadi olaraq ayrı-ayrı müəllimlərin dərsləri dinlənilmiş, sonra təhlil edilərək müəllimlərə lazımi metodiki köməklik göstərilmişdir. Traktorları, avtomobilləri və digər özüyeriyən maşınları idarə etmək üzrə şagirdlərin ilkin vərdişlər qazanması üçün məktəbdə mövcud olan trenajorlarla təchiz edilmiş trenajor sinfi qaydaya salınmışdır. 2011-ci ildə məktəbi heyvanlara baytar xidməti operatoru, avtomobillərin təmiri üzrə çilingər, elektrik-qaz qaynaqçısı, əməliyyatçı mühasib, avtomobil sürücüsü, traktorçu-maşınçı peşələri üzrə 139 nəfər gənc bitirmişdir. Praktiki məşğələlər və istehsalat təlimi ustalarının nəzarəti və şagirdlərin əməyin təhlükəsizliyi qaydalarına düzgün riayət etməsi nəticəsində heç bir qəza, zədələnmə və vəsaitlərin korlanması halları olmamışdır.
Məzunların bir çoxu ayrı-ayrı şirkətlərdə, özəl və dövlət müəssisələrində peşələrinə uyğun iş tapıb işləyirlər.
Peşə öyrənən gənclərimiz sağlam həyat tərzi keçirir, özlərini və ailələrini dolandırmağa qadir olurlar.
2011-ci ilin yay tətili zamanı məktəbdə bir sıra təmir işləri görülmüş, məktəbin həyətində ağaclar əkilmiş, məktəbyanı sahə qaydaya salınmışdır.
Məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün də xeyli işlər görülmüşdür.
Belə ki, bir sıra dərs ləvazimatı və əyani vəsaitlər alınmış, kompyuterlər alınaraq kompyuter sinfi yaradılmışdır.
2011-2012-ci tədris ilinə hazırlıq dövründə məktəb öz imkanlarını bir daha ölçüb-biçmiş, hansı peşə sahiblərinə yerlərdə tələbatın daha da çox olduğunu öyrəndikdən sonra məktəbin maddi-texniki bazasının imkanlarını nəzərə almaqla şagird qəbulu planı üçün Təhsil Nazirliyinə müraciət etmişdir.
Günün tələblərinə cavab verməyən peşələr daha nüfuzlu peşələrlə əvəz edilmişdir.
Təhsil Nazriliyi tərəfindən 2011-2012-ci təsdris ili üçün məktəbdə kəndin elektrikləşdirilməsi və rabitəsi üzrə elektrik montyoru, heyvanlara baytar xidməti operatoru, avtomobillərin təmiri üzrə çilingər, elektrik-qaz qaynaqçısı, əməliyyatçı mühasib, avtomobil sürücüsü, traktorçu-maşınçı peşələrinə 160 nəfər şagird qəbulu planlaşdırılmışdır.
Məktəbin maddi-texniki bazası həmin peşələrin öyrədilməsinə cavab verir.
Həmin peşələr üzrə məktəbdə ixtisaslı istehsalat təlimi ustaları və müəllimlər çalışırlar.
Hazırda II kurs şagirdləri ilə birlikdə məktəbdə 180 nəfər şagird peşə öyrənir.