Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi

Region haqqında
Təhsil

Naftalan

Naftalan şəhər Təhsil şöbəsi

Ünvan: Naftalan şəhəri, İ.Həsənzadə küçəsi 23
Müdir: Əsgərov İlqar Ələddin oğlu
Tel: (022) 352-30-64, 352-21-36

 

Tam orta məktəblər

1. Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəb

Ünvan: Naftalan şəhəri, Ş.Qurbanov küçəsi 11
Direktor: Rüstəmov Faiq Salman oğlu
Tel: (022) 352-19-07, 352-19-08


2. Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəb

Ünvan: Naftalan şəhəri,H.Əliyev küçəsi 
Direktor: Bağırova Adilə Nəriman qızı 
Tel:(022) 352-19-09, 352-25-77

3. Naftalan şəhər Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbi

Ünvan: Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndi
Direktor: Mayılova Ulduz Şəmil qızı 
Tel: (022) 249-71-47

Məktəbdənkənar təhsil müəssisəsi

4. Naftalan şəhər Uşaq Yaradıcılıq Mərkəzi

Ünvan: Naftalan şəhəri, Ş.Qurbanov küçəsi
Direktor: Ələkbərova Zərifə Hilal qızı 
Tel: (022) 352-24-98

Naftalan Şəhər Təhsil Şöbəsinin tabeliyində 3 ümumtəhsil məktəbi və 1 Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir.
2012/2013-cü tədris ilində ümumtəhsil tam orta məktəblərinə 55 sinif komplektində 979 şagird təhsilə cəlb olunmuşdur. Onların təlim-tərbiyəsi ilə 212 müəllim məşğul olur. Həmin müəllimlərdən 3 nəfəri "Əməkdar müəllim" fəxri adına layiq görülmüş, 2 nəfəri "Tərəqqi" medalı ilə, 1 nəfəri isə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişlər.
Hər üç tam orta məktəb sürətli internet şəbəkəsinə qoşulmuş və məktəblərdə Azərbaycan tarixi, fizika, kimya, biologiya, şahmat dərslərində elektron dərsliklərdən istifadə olunur.
2012/2013-cü tədris ilində 53 şagird tam orta məktəbi bitirmiş və məzunların hamısı (100%) tam orta təhsil haqqında attestat almışlar.
Ümumtəhsil tam orta məktəblərinin IX siniflərini 82 şagird bitirmiş və imtahanda iştirak edənlərin hamısı (100%) ümumi orta təhsil haqqında şəhadətnamə almışlar.
XI siniflərin şagirdləri buraxılış imtahanlarının nəticələrinə görə respublikada ən yüksək nəticəni göstərərək I yeri tutmuşlar.
2013-cü ildə şəhərimizin məzunlarından 49 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermişdir. İmtahanın nəticələrinə görə 17 məzun ali məktəb tələbəsi adını qazanmışdır. 15 şagird isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuşdur.
Məzunlardan Rzazadə Gülnar Nazim qızı 543 balla Azərbaycan Dillər Universitetinə, Həbilova Gülnar Vüqar qızı 542 balla Bakı Dövlət Universitetinə qəbul olmuşlar.
Orta təhsil bazasından ( IX illik) 30 şagird orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş, onlardan 14 nəfər orta ixtisas məktəblərinə qəbul olmuşdur. 
"Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"na əsasən istedadlı uşaqları aşkara çıxarmaq, onların bilik, bacarıq və qabiliyyətini inkişaf etdirmək yönündə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu il fənn olimpiadasının şəhər turunda müxtəlif fənlər üzrə 4 nəfər qalib olmuş, respublika mərhələsində isə 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Xəlilov Ümid Ceyhun oğlu Fizika fənni üzrə IV yeri tutaraq Təhsil Nazirliyinin diplomu ilə mükafatlandırılmışdır.
Uşaq Yaradıcılıq Mərkəzi 1987-ci ildən Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi şagirdlərin istedad və bacarıqlarını aşkar etmək, uşaqların asudə vaxtlarını səmərəli keçirmək, onların yaradıcılıq potensialını inkişaf etdirməkdir.
2012/2013-cü tədris ilində Uşaq Yaradıcılıq Mərkəzində 7 adda 15 qrup fəaliyyət göstərmişdir. Dərnəklər əsasən 1 və 2 nömrəli tam orta məktəbin şagirdlərindən formalaşmışdır. Qruplara arzu və istəklərinə görə 216 şagird cəlb olunmuşdur. Qruplarda şagirdlərin təlim-tərbiyəsi ilə 15 pedaqoji işçi məşğul olur.