Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət

Goranboy

Azərbaycanın sosial-iqtisadi həyatının bütün sferaları kimi mədəniyyət sahəsi də davamlı və sürətli inkişaf dövrünü yaşayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son 10 ildə milli mədəni və mənəvi irsə yüksək qayğı göstərmiş, imzaladığı fərman və sərəncamlar xalqın mədəni və mənəvi yüksəlişinə xidmət etmişdir. Bu müddət ərzində Prezident İlham Əliyev tərəfindən mədəniyyət və turizm inkişafı ilə bağlı 5 Dövlət Proqramı və 500-dən çox fərman və sərəncam imzalamışdır. Mədəniyyət infrastrukturunun müasir standartlara uyğun yeni mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsinə xüsusi diqqət yetirilmişdir. 23 teatr, kino və konsert müəssisələri, 16 muzey, 10 mədəniyyət evi, 18 uşaq musiqi məktəbi, incəsənət və digər tədris müəssisələri, 12 kitabxana, 21 tarix-mədəniyyət abidəsində təmir-bərpa, yenidənqurma işləri aparılmış və tikilərək istifadəyə verilmişdir.
Bununla yanaşı Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyinin keçid korpusu, Qəbələ Mədəniyyət Mərkəzi tikilmiş, Heydər Əliyev Sarayı, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Dövlət Musiqili Teatrı, Dövlət Rus Dram Teatrı, Akademik Milli Dram Teatrı, Dövlət Kukla Teatrı, Dövlət «Yuğ» Teatrı, Dövlət Mahnı Teatrı, Pantomimo Teatrı və Mingəçevir Dram Teatrının binaları əsaslı təmir olunmuşdur.
Mədəniyyət və incəsənət xadimlərinə diqqət həmişəki kimi yüksək səviyyədə olmuş, onların mədəni fəaliyyəti və zəhməti qiymətləndirilmiş, yüzlərlə sənətçi xalq şairi, xalq yazıçısı, xalq artisti, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəsam, əməkdar mədəniyyət işçisi kimi fəxri adlar, həyatını milli mədəniyyət və elmimizin inkişafına, istedadını və ömrünü xalqına həsr edən görkəmli sənətçi və elm adamlarına xüsusi təqaüd və mükafatlar verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə bir çox görkəmli şair və yazıçıların, mədəniyyət və incəsənət xadimlərinin, «Kitabi Dədə Qorqud» dastanının, Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin yubileyləri həm ölkə daxilində, həm də ölkədən kənarda yüksək səviyyədə qeyd olunmuşdur.
Vyanada Ü.Hacıbəylinin büstü, Romanın məhşur «Villa Borghese» parkında N.Gəncəvinin monumental abidəsi, Bakıda F.Əmirovun və Bülbülün abidəsi, Göyçayda R.Rzanın büstü ucaldılmışdır.
Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Bakı şəhərində görkəmili Azərbaycan sərkərdəsi Babəkin və dahi Azərbaycan bəstəkarı Q.Qarayevin abidəsinin ucaldılması istiqamətində işlər davam etdirilir.
Son illər dövlət başçısı tərəfindən muzey işi ilə bağlı verilən sərəncamlar, ölkədə bu sahənin dünya standartları səviyyəsinə çatdırılmasına, yeni muzey binalarının tikintisinə, əsaslı təmir işlərinin aparılmasına, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş imkanlar açmışdır.
Azərbaycanda muzeylərin sayı 2003-cü illə müqayisədə 50 faizdən çox artaraq 2013-cü ildə 213-ə çatmışdır. Onlardan 13-ü incəsənət, 7-si ədəbiyyat, 13-ü tarix profili, 68-i tarix-diyarşünaslıq, 6-sı döyüş şöhrəti muzeyidir. Heydər Əliyev Mərkəzlərinin sayı 60-ı keçmiş, ev muzeylərinin sayı 46-ya çatmışdır.
Son 10 ildə Azərbaycan dövləti qeyri-maddi mədəni irsin qorunması, dəstəklənməsi, təbliği və təşviqi istiqamətində mühüm islahatlar həyata keçirmişdir. 2003-cü ildə Azərbaycan muğamı UNESKO tərəfindən «Bəşəriyyətin şifahi və qeyri maddi şah əsərləri siyahısı»na, 2009-cu ildə açıq sənətimiz və Novruz bayramı, 2010-cu ildə tar ifaçılıq sənəti «Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezlutativ siyahısı»na, 2013-cü ildə isə «Çövkən-qədim atüstü Qarabağ oyunu», «Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı»na daxil edilmişdir.
Xalqımızın dəyərli ənənələrini qoruyub inkişaf etdirmək məqsədilə «2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları» proqramı təsdiq edilmişdir. Proqramma uyğun olaraq təhlil aparılmış, Gəncə (2010), Şabran (2011), Gədəbəy (2012), Xaçmaz (2013) «Azərbaycanın Əfsanələr Paytaxtı», Şəki (2010), İsmayıllı (2011), Quba (2012), Göygöl (2013) «Sənətkarlıq paytaxtı», Qazax (2010), Lənkəran (2011), Masallı (2012), Zaqatala (2013) «Folklor paytaxtı» seçilmişdir. Paytaxt seçilmiş şəhərlərdə il ərzində nominasiyaya uyğun təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslar, dəyirmi masalar, konsertlər, müsabiqələr, festivallar, sərgilər təşkil edilmişdir.
Mədəni irsin qorunması - tarix və mədəniyyət abidələrinin aşkar edilməsi, bərpası, tədqiqi, istifadəsi və mühafizəsi hər zaman prioritet sahələrdən biri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu sahə üzrə verilmiş sərəncamlara uyğun olaraq «Atəşgah məbədi» tarix-memarlıq, «Yanardağ» tarix-mədəniyyət və təbiət, «Keşikçidağ» tarix-mədəniyyət, «Xınalıq» tarix-memarlıq qoruqları yaradılmışdır.
Ölkə ərazisində yerləşən bir sıra abidələrdə, o cümlədən Bakı şəhərində «Şirvanşahlar Sarayı Kompleksi», «Məhəmməd» məscidi, «Kiçik Karvansaray», «Bazar meydanı», «Məktəb-məscid», Şəki rayonunda «Şəki Xan Sarayı», qala divarları, «Kiş» alban məbədi, «Aşağı Karvansaray», «Şəkixanovların evi», Quba rayonunun Xınalıq kəndində Əbu Müslüm və Xıdır Nəbi məscidləri, Naxçıvan şəhərində «Möminə Xatun», Şərur rayonunda «Qudi-Xatun» türbələri, Culfa rayonunda «Xanəgah» memarlıq kompleksi», Babək rayonunda «Əshab-ül-Kəhf» ziyarətgahı dini mədəni abidə kompleksi, Qusar rayonunda «Şeyx Cüneyd» türbəsi, Qax rayonunda «Kümrük» məbədi, «Sumuqqala» abidəsi, Gəncə şəhərində Nizami Gəncəvi məqbərəsi, Hacıqabul rayonunda «Pir Hüseyn» Xanəgah və digər tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri aparılmış, bəzi abidələrin ətrafında sel sularından mühafizə üçün drenaj sistemi qurulmuş, ərazisi işıqlandırılmış, qoruqlara gedən magistral yollarda informasiya lövhələri və yol nişanları quraşdırılmışdır. Qız Qalası və Şirvanşahlar sarayı ilə birgə İçərişəhər Kompleksi və Qobustan Dövlət Bədii Qoruğu UNESKO-nun Dünya İrs siyahısına daxil edilmişdir.
Bu mühüm işin həyata keçirilməsində Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın böyük rolu olmuşdur.
Ölkəmizdə informasiya cəmiyyətinin formalaşması, informasiya resurslarını qoruyan və cəmiyyətin informasiya təminatını həyata keçirən mühüm mədəniyyət müəssisəsi olan kitabxanaların fəaliyyətində əsaslı islahatların aparılması zərurətini meydana çıxarmışdır.
2007-ci ildə ölkə Prezidenti tərəfindən «Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması barədə» sərəncam imzalanmış, 2008-ci ildə «Azərbaycanda kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı» təsdiq edilmişdir. Proqramma uyğun olaraq respublikanın bütün şəhər, rayon kitabxanalarının veb saytı yaradılmış, 40-a yaxın şəhər, rayon mərkəzi kitabxanalarında elektron kataloqun yaradılması məqsədi ilə avtomatlaşdırılmış kitabxana-informasiya sistemi quraşdırılmışdır.
Son illər ölkənin dinamik inkişafı kino sahəsinin də inkişafına təkan vermişdir. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən növbəti onillik üçün kinonun inkişafına dair Dövlət Proqramının təsdiq olunması, film istehsalına ayrılan büdcə vəsaitinin ildən-ilə artması kinoya göstərilən xüsusi diqqətin ifadəsidir.
Ötən müddət ərzində 35 tammetrajlı, 27 qısametrajlı, 11 animasiya, 79 sənədli film çəkilmişdir. Mədəniyyətin müxtəlif sahələrinə aid 15 dildə, 350-yə yaxın kitab Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə nəşr olunmuş və ölkə kitabxanalarına paylanılmışdır.
Son illərdə Azərbaycan mədəniyyətinin xaricdə təbliği, eləcə də ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəldilmiş, mədəni tədbirlərin həyata keçirilməsi mexanizminin gücləndirilməsi məqsədilə xarici ölkələrdə Azərbaycan Mədəniyyət Mərkəzləri yaradılmışdır.
2011-ci ilin aprelində ölkəmiz daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etmiş, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. 2013-cü ildə isə növbəti II Dünya Mədəniyyətlərarası Dialoq Forumu uğurla keçirilmiş, qarşıya qoyulan məqsədlər çərçivəsində mədəniyyətlərarası djialoqun daha da gücləndirilməsi istiqamətində böyük nailiyyətlər əldə edilmişdir.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəniyyətlərarası dialoqa və sənət ünsiyyətinə növbəti töhfə oldu.
Ölkəmizdə turizm böyük yolun astanasındadır. Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyri-neft sektorunun inkişafında məhz turizm sahəsinə xüsusi önəm verir. Bu gün dövlət strategiyasında neft və enerji sektorundan əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi prosesi özünü turizm sahəsində də mükəmməl səviyyədə göstərir.
Son 10 ildə ölkədə turizmin maddi-texniki bazasının yaradılması, bu sahədə aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın formalaşması bunu bir daha təsdiq edir. «2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı»nın qəbul olunması, 2011-ci ilin ölkə Prezidenti tərəfindən Azərbaycanda «Turizm ili» elan edilməsi dövlət səviyyəsində turizmin inkişafına verilən dəstəyin əyani sübutudur.
Ölkəmizdə davamlı turizmə nail olmaq üçün qış turizm bazasının yaradılması məqsədilə Azərbaycanda ən mükəmməl layihələrdən biri olan «Şahdağ» Qış-Yay Turizm Kompleksinin yaradılması turizm axınının güclənməsinə səbəb olmuşdur. 200 mindən çox yerli və xarici turist kompleksi ziyarət edib.
Azərğbaycan ilə turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında «Turizm sahəsində əməkdaşlıq haqqında» hökumətlərarası saziş imzalanmışdır.
Azərbaycanın regionlarında turizmin inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir, bu sahədə zəruri infrastrukturun yaradılmasına şərait yaradılır. Təkcə Bakı şəhərində son 2 ildə 6 beşulduzlu Hotel istifadəyə verilmişdir. Hazırda 33 min yataq sayı var. Ölkədə 60-a yaxın müxtəlif ulduzlu yerləşdirmə yerləri tikilir ki, bunların hamısı istifadəyə verildikdən sonra Azərbaycanda mövcud yataq yerlərinin sayı 40 faiz artacaqdır.
Əldə olunan nailiyyətlər turizm dünyasında nüfuzunun, ümumilikdə ölkəmizin dünyada imicinin yüksəlməsinin təzahürüdür. 2012 və 2013-cü ilin nəticələrinə əsasən turistlərin sayında artım dünya və Avropa üzrə 5 faiz təşkil etdiyi halda, Azərbaycanda turist axınının artımı 10 faiz səviyyəsində olub.
Son illərdə dövlət tərəfindən turizmin inkişafına yaradılan əlverişli şərait nəticəsində respublika ərazisində fəaliyyət göstərən turizm şirkətlərinin sayı 232, mehmanxana və mehmanxana tipli obyektlərin sayı 516-ya çatmışdır ki, onların 76 faizi regionların payına düşür.
Göründüyü kimi, ölkə həyatının bütün sahələri ilə yanaşı mədəniyyət və turizm sahəsində də mühüm nailiyyətlər əldə edilmişdir və bu nailiyyətlər gələcəkdə daha böyük uğurlar üçün zəmin yaratmışdır. Bütün bu uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı, müəyyənləşdirdiyi uzaqgörən siyasi istiqamət dayanır.
Ötən ili rayonun mədəniyyət müəssisələri də ili uğurla başa vurmuşdur. Maddi-texniki bazanın yaxşılaşdırılması, milli-mənəvi və mədəni irsin qorunması, təbliği və gələcək nəslə ötürülməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, əhalinin asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində olmuşdur. Rayon Mədəniyyət və turizm şöbəsinin şəbəkəsinə 1 Heydər Əliyev Mərkəzi, 7 uşaq musiqi məktəbi, 1 Dövlət Rəsm Qalereyası, 2 Tarix-Diyarşünaslıq Muzeyi, 32 Mədəniyyət evi, 32 klub və 69 kitabxana daxildir. Son illərdə rayon Mədəniyyət evi əsaslı şəkildə yenidən qurulmuş, Ağamalıoğlu, Borsunlu kənd uşaq musiqi məktəbləri, Qızılhacılı qəsəbə, Sarov, Hazırəhmədli kənd Mədəniyyət evləri, Kitabxana-İnformasiya Mərkəzində əsaslı təmir işləri aparılmışdır.
Heydər Əliyev Mərkəzində, Məşədiqaralar, Goranlı, Zeyvə, Borsunlu, Qaradağlı, Gürzallar kənd mədəniyyət evləri, Səmədabad kənd klubu, şəhər Uşaq İntellekt Mərkəzi, Qızılhacılı qəsəbə, Xan Qərvənd, Yeniyol, Məşədiqaralar, Boluslu, Hazırəhmədli, Şəfəq, Qaraçinar, Zeynallı, Meşəli, Səmədabad, Baxçakürd, Səfikürd kənd kitabxana filialları cari təmir olunmuşdur. Ağamalıoğlu kənd uşaq musiqi məktəbində əlavə tədris korpusu tikilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən kənd kitabxana filiallarında struktur dəyişiklikləri aparılmış, perspektivi və bina şəraiti pis olan kitabxana filialları iri yaşayış məntəqələrində lazımi şəraiti olan kitabxanalarla birləşdirilmişdir. 5 kitabxana filialına mültimediya mütəxəssisləri təyin edilmişdir.
Müasir dövrdə kitabxanaların informasiya texnologiyaları ilə təminatına ciddi ehtiyacı nəzərə alaraq ötən il Mədəniyyət və turizm şöbəsi 15 kitabxana filialını kompüter texnologiyaları ilə təmin etmişdir. Hazırda həmin kitabxanaların internetə qoşulması istiqamətində iş aparılır və bu məsələnin reallaşdırılması oxucu fəallığının artmasına təkan verəcəkdir.
Son illər mədəniyyət müəssisələrində xalq sənətkarlığının inkişafına diqqət gücləndirilmişdir. Bir sıra mədəniyyət evlərində xalq sənətkarlığı dərnəkləri yaradılmışdır ki, bu da xalqımızın qədim sənətlərinin yaşadılmasında və inkişaf etdirilməsində xüsusi əhəmiyyət kəsb edir. Qızılhacılı qəsəbə və Gürzallar kənd mədəniyyət evlərində xalqımızın qədim sənət növü olan xalçaçılıq, Qazanbulaq qəsəbə və Qaraçinar kənd mədəniyyət evlərində daş yonma və daş işləmə, Məşədiqaralar kənd mədəniyyət evində biçmə-tikmə, Fəxralı kənd mədəniyyət evində ilmələrlə işləmək dərnəkləri yaradılmışdır.
Qızılhacılı qəsəbə və Gürzallar kənd mədəniyyət evləri nəzdində fəaliyyət göstərən «Xalçaçılıq» dərnəyinin üzvlərinin əl işləri olan xalçalar Bakı şəhərində keçirilən respublika sərgi-müsabiqədə Mədəniyyət və Turizm Nazirliyinin Diplomuna layiq görülmüşdür. 2 xalçamız isə 2014-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək beynəlxalq sərgidə nümayiş etdirilməsi nəzərdə tutulmuşdur.
Ağamalıoğlu kənd sakini Ədibə Mustafayevanın rəhbərliyi altında qadınlardan ibarət yaradılmış Folklor qrupu artıq geniş şöhrət qazanmışdır. Folklor qrupunun əsas məqsədi toylarda xalqımızın qədim adət və ənənələrini yaratmaq, əhali arasında təbliğ etməkdir.
Xalqımızın qədim milli oyunlarının yaşadılması və təbliği məqsədilə rayon Mədəniyyət evi nəzdində «Çövkən» Milli Atüstü Oyunlar üzrə komanda yaradılmış, Prezident kuboku uğrunda Şəki şəhərində keçirilən «Çövkən» Milli Atüstü oyunlarda komanda uğurla çıxış etmiş, Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı və pula mükafatlandırılmışdır.
İstedadlı gənclərin müəyyən edilməsi, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi Mədəniyyət və turizm şöbəsinin diqqət mərkəzində olmuşdur. Bu məqsədlə il ərzində muğam, bədii qiraət, əl işlərindən ibarət müsabiqələr keçirilmiş, qaliblər müəyyən edilərək onların respublika müsabiqələrində iştirakları təmin edilmişdir.
Şəhər Uşaq İncəsənət məktəbinin, Dəliməmmədli şəhər, Qızılhacılı qəsəbə, Xan Qərvənd, Ağamalıoğlu, Borsunlu və Səfikürd kənd uşaq musiqi məktəblərinin yetirmələri müxtəlif nominasiyalar üzrə respublika müsabiqələrində iştirak etmiş, qazandıqları uğurlara görə Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar. Şəhər Uşaq İncəsənət məktəbinin şagirdinin rəsm işləri isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çap olunmuş gənc rəssamların kitab-albom kataloquna daxil edilmişdir.
2013-cü ildə rayon üzrə 17-dən çox mədəni-kütləvi tədbirlər keçirilmiş, həmin tədbirlərdə respublikanın tanınmış incəsənət ustalarının iştirakı təmin edilmişdir. Bundan əlavə Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Gül bayramı, Novruz bayramı, 31 dekabpr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il, 15 iyun - Milli Qurtuluş günü, 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə günü münasibəti ilə keçirilən tədbirlər ilin yadda qalan tədbirlərindəndir. 20 yanvar və Xocalı faciələri, 31 mart - azərbaycanlıların soyqırımı günlərində rekviyemlər hazırlanaraq nümayiş etdirilmişdir.
Əhalinin asudə vaxtının təşkili istiqamətində də tədbirlər davam etdirilmişdir. İl boyu Goranboy şəhərində Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında, Meydanda, iri yaşayış məntəqələrində, eyni zamanda «Gülüstan» İstirahət Mərkəzlərində konsert-tamaşalar təşkil edilmişdir.
Rayonda 113 daşınmaz tarix və mədəniyyət abidəsi mövcuddur. Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun alimləri tərəfindən Səfikürd və Şadılı kəndlərinin ərazisində arxeoloji qazıntı işləri aparılmışdır. Tarixi qədimliyinə görə Səfikürd kəndi ərazisində «Muncuqlu təpə» adlanan yaşayış yeri haqqında VI sinfin tarix dərsliyinə daxil edilmişdir.
Rayon ərazisindəki tarixi abidələr mühafizə edilir, öyrənilir. 2014-cü ildə Rəhimli türbələr kompleksi və Meşəli Alban məbədi əsaslı təmir edilicəkdir. «Şətəl şəhər» qala ərazisində arxeoloji parkın yaradılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilmiş, bu məsələ müsbət qarşılanmış və cari ildə həyata keçiriləcəkdir.
Rayonda turizmin inkişafı sahəsində də işlər davam etdirilmişdir. Turistlər üçün hər cür şəraiti olan yeni «Qala» oteli istifadəyə verilmiş, əlavə 2 ədəd otelin fəaliyyəti üçün Mədəniyyət və Turizm Nazirliyindən lisenziya alınmışdır. Rayonda Nazirliyin lisenziyası ilə 4 ədəd müasir tələblərə cavab verən otel fəaliyyət göstərir. Hazırda gün ərzində 160-dan çox ailənin istirahəti üçün şərait vardır. Yaradılmış şəraitin nəticəsidir ki, son illər rayonun turizm istirahət mərkəzlərindən istifadə edənlərin sayı xeyli dərəcədə artmışdır. 2013-cü ildə 12.000 nəfərdən çox yerli və xarici turistlər bu mərkəzlərdə dincəlmişlər.
Hazırda Avropa İttifaqı ilə Mədəniyyət və Turizm Nazirliyi arasında bağlanılmış sazişə əsasən Goranboy-Naftalan ərazisinin «Turizm və Rekreasiya zonaları» üçün turizm modelinin yaradılması ilə bağlı iş aparılır. Artıq Avropa İttifaqının Ekspert qrupu rayonun turizm potensialının öyrənilməsi işinə başlamışdır. Bu layihənin icrası rayonda turizmin geniş inkişafına təkan verəcəkdir.
Görkəmli şair və yazıçıların, mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq il ərzində rayonda çoxsaylı tədbirlər keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 06 oktyabr 2009-cu il tarixli 3071 nömrəli sərənxamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı» artıq başa çatmışdır. Bu dövrdə rayon Kitabxana-İnformasiya Mərkəzində Proqramın icrası ilə bağlı işlər başa çatdırılmışdır.
Mərkəzləşdirilmiş kitabxana sisteminin tabeliyində olan 24 fİlial kitabxana birləşdirilmiş, modern kitabxanalar formalaşdırılmışdır. Rayon Mərkəzi kitabxanası nəzdində əhaliyə pulsuz xidmət göstərmək məqsədilə müasir informasiya texnologiyaları ilə təmin olunmuş hüquq informasiya, Mərkəzi kitabxananın uşaq şöbəsində «Uşaq hüquq informasiya mərkəz»ləri yaradılmışdır. Ötən dövr ərzində Abbasqulular, İrəvanlı, Zeynallı, Qaramusalı, Şadılı, Yolqullar, Xınalı kəndlərində yeni kitabxana binaları tikilmiş, rayon Kitabxana-İnformasiya Mərkəzi, Uşaq şöbəsi, Qızılhacılı qəsəbə kitabxanası, Qaraçinar, Balakürd, Tap Qaraqoyunlu, Meşəli, Təklə, Yeniyol, Səfikürd, Səmədabad, Xan Qərvənd kənd kitabxanaları təmir olunmuş, inventar və avadanlıqla təminatı yaxşılaşdırılmışdır. 2006-cı ildən Mərkəzi Kitabxana İRBİS-64 Proqramı ilə təchiz edilmişdir.
Gözdən əlil oxuculara şərait yaradılmışdır. Hazırda onlar üçün Mərkəzi xəstəxananın xidmət şöbəsinin oxu zalında 111 adda 12 ədəd elektron disk saxlanılır.
Kitabxanaçıların təhsili, o cümlədən ixtisaslarının artırılması ilə bağlı 2009-2013-cü illərdə hər il 5 nəfər Respublika Hızırlıq və İxtisasartırma Mərkəzinə göndərilmişdir.

Goranboy abidələri

Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan, ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin öyrənilməsi, mühafizəsi və təbliği dövrün ümdə vəzifələrindəndir.
Tariximizin keçmişi, bu günü və sabahı arasında körpü salan, mənəvi irsimizin qoruyucuları və saxlanan yadigarları olan abidələrimiz tarixi sərvətlərimizdir. Çünki tariximizi yaşadan və nəsillərə ötürən də elə abidələrdir.
Eramızın əvvəlindən bu günümüzə - minillikləri əhatə edən Goranboy abidələri tarixilik baxımından əvəzsiz və möhtəşəmdirlər. Tarixşünaslığımızda Azıx mağarası nə qədər qiymətlidirsə, milli baxımdan, azərbaycançılıq baxımından Borsunlu, Səfikürd, Qaşaltı Qaraqoyunlu kurqanları, Kürəkçay daş mağarası o qədər əhəmiyyətlidir. Minilliklərin sirli tarixini və inkişafını özündə yaşadan bu abidələr ona görə əhəmiyyətlidir ki, ölkəmizin ərazisində insan mədəniyyətinin, yaşayış tərzinin ilkin əlamətlərinin və həyat tərzinin burada başlanması, mövcudluğu barədə zəngin məlumatlar əldə edilir.
Coğrafi cəhətdən tarixi Azərbaycan ərazisinin mərkəzi hissəsində yerləşən Goranboy abidələrinin arxeoloji mədəniyyət nümunələri ilə sübut edilir ki, xalqımızın tarixi çox qədimdir. Araşdırmalar və faktlarla sübut olunmuşdur ki, ölkəmizin digər ərazisi kimi Goranboy torpağı da türkdilli xalqların yaşadığı və mədəniyyətin təşəkkül tapdığı qədim ərazilərdəndir.
Goranboyun ərazisi qədim insanların yaşayışı üçün coğrafi cəhətcə əlverişli bir məkan olmuşdur. Bu torpaqlardan Avropa-Asiyanı birləşdirən qədim ticarət-karvan yolları keçmiş, («Dəvəçi» ticarət yolu) Xəzər və Qara dənizlərə asanlıqla çıxış əldə etməklə İran, Hindistan, Suriya, Çin, Misir, Assuriya, həmçinin Balkan ölkələri ilə iqtisadi, mədəni əlaqələrin qurulmasına səbəb olmuşdur.
Şətəl şəhər qalası (mənbələrdə Şütür qala) Goranboy tarixinin möhtəşəm bir hissəsi olmaqla Azərbaycan tarixçiliyində Goranboyun sütununu təşkil edən güclü faktorlardandır. III əsrdən XIII əsrə kimi Bərdə və Gəncə şəhərləri arasında alınmaz qala olmaqla, Həm də Azərbaycan Atabəylər dövlətinin xəzinəsinin etibarlı saxlandığı bir yer olmuşdur. Şətəl şəhər qalasının orta əsrlərdə ona yaxın ətraf ərazilərdə kənd və şəhər tipli yaşayış məntəqələrinin yaranmasında və inkişafında rolu təkzib olunmazdır.
Azərbaycanda az qalalar tapılar ki, onun müstəqil möhürü olsun. Möhür o qalalara verilirdi ki, qalaya hakimlik etmək iqtidarı olan şəxsin qüdrəti güclüdür, hadisələrə təsir etmək nüfuzu böyükdür. Şətəl şəhər qalası isə bu cür möhürə sahib olmuşdur və möhür hazırda Tarix Muzeyində saxlanılır.
Ötən əsrə nəzər salan zaman Azərbaycanın tarixi yaddaşında mahiyyətindən asılı olmayaraq unudulmayacaq iki sənədin rəsmiləşməsinin - 1805-ci il Kürəkçay və 1813-cü il Gülüstan müqavilələrinin bu torpaqda imzalanmasını öyrənirsən.
Goranboyun tarixi çox qədim tarixdir, qürur doğuran tarixdir. Bu torpağın zəngin mədəniyyəti, çox böyük mənəvi irsi vardır. Bu irs qorunmalı, təbliğ olunmalı və öyrənilməlidir.

                    Goranboy rayonu üzrə məktəb direktorları haqqında

                                                MƏLUMAT

 

S/S

Müəssisənin adı

Müəssisə rəhbərin soyadı, 
adı və atasının adı

Müəssisənin ünvanı

Əlaqə telefonu

  1.  

Goranboy  şəhər uşaq incəsənət məktəbi

Axundova Afaq Adil qızı

Goranboy rayonu H.Əliyev pr.5

022-245-31-39

055-908-11-47

  1.  

Dəliməmmədli şəhər uşaq musiqi məktəbi

Əliyeva Məhsəti Cəmil qızı

Dəliməmmədli şəhəri T.Əkbəri küçəsi 1

24-6-11-48

050-512-64-82

  1.  

Qızılhacılı qəsəbə uşaq musiqi məktəbi

Yusifov Vüqar Məhərrəm oğlu

Goranboy rayonu Qızılhacılı qəsəbəsi

24-40-8-82

050-516-84-28

  1.  

Xanqərvənd kənd uşaq musiqi məktəbi

Hüeseynov Faiq Sahib oğlu

Goranboy rayonu Xanqərvənd kəndi

24-73-4-79

050-343-38-90

  1.  

Səfikürd kənd uşaq musiqi məktəbi

Quluzadə Elnurə Xudaverdi qızı

Goranboy rayonu Səfikürd kəndi

24-45-5-79

055-479-60-79

  1.  

Ağamalıoğlu kənd uşaq musiqi məktəbi

İsmayılov Kazım İsmayıl oğlu

Goranboy rayonu Ağamalıoğlu kəndi

24-67-5-27

070-672-62-04

  1.  

Borsunlu kənd uşaq musiqi məktəbi

Hüseynova Tünzalə Qasım qızı

Goranboy rayonu Borsunlu kəndi

24-76-3-06

055-705-87-81

  1.  

Heydər Əliyev Mərkəzi

(əvəz edir)

Quliyev Xəyyam Əlövsət oğlu

Dədə Qorqud küç, 27

055-660-55-11

  1.  

Rayon Tarix-Diyarşünaslıq muzeyi( əvəz edir)

İsmaylova Həyat Ələs qızı

Heydər Əliyev prospekti, 2

051-358-15-58

  1.  

Xoylu kənd Tarix-Diyarşünaslıq muzeyi baş fond mühafizi

Həsənova Natavan Süleyman qızı

Xoylu kəndi

070-274-77-97

  1.  

Dövlət Rəsm Qalereyası

Abdullazadə Çinarə Rövşən qızı

Rayon Gənclər İdman  idarəsi Heydər Əliyev prospekti

050-967-28-75

  1.  

Rayon Mədəniyyət Mərkəzi

Abdullayev Ayaz Malikəjdər oğlu

Heydər Əliyev prospekti, 4

070-502-79-13

  1.  

Mərkəzi Kitabxana Sistemi

Nəsibova Gülnarə Qəhrəman qızı

Heydər Əliyev prospekti, 4

051-880-03-09

  1.  

Dəliməmmədli şəhər incəsənət evi

Bağırov Aqşin Aydın oğlu

Dəliməmmədli şəhər

070-582-41-14

  1.  

Qızılhacılı qəsəbə diyarşünaslıq evi

 Qurbanova Rəfiqə ibrahim qızı

Qızılhacılı qəsəbəsi

050-519-17-74

  1.  

Yeniyol kənd diyarşünaslıq evi

Teymurov İsrafil Məhəmməd oğlu

Yeniyol kəndi

050-419-35-22

  1.  

Balakürd kənd mədəniyyət evi

Allahverdiyeva Aygün Faiq qızı

Balakürd kəndi

051-851-61-15

  1.  

Boluslu kənd mədəniyyət  evi

Hüseynova Zərifə Həsən qızı

Boluslu kəndi

022-24-93-6-93

  1.  

Tap Qaraqoyunlu kənd mədəniyyət evi

Əliyev Rəhman Süleyman oğlu

Tap Qaraqoyunlu kəndi

055-521-79-52

  1.  

Tap kənd mədəniyyət evi

Aslanova Tünzalə Qoca qızı

Tap kəndi

070-915-44-28

  1.  

Məşədiqaralar  kənd sənətkarlıq evi

Paşayeva Rəsmiyyə Qurban qızı

Məşədiqaralar  kəndi

050-719-04-10

  1.  

Qarqucaq kənd folklor evi

Əmrahova Əsibə Binnət qızı

Qarqucaq kəndi

055-421-50-16

  1.  

Səfikürd kənd sənətkarlıq evi

Behbudova Telli Tapdıq qızı

Səfikürd kəndi

055-745-31-69

  1.  

Xanqərvənd kənd mədəniyyət evi

Musayeva Təranə Musa qızı

Xanqərvənd kənd

070-620-85-06

  1.  

Qazanbulaq qəsəbə mədəniyyət evi

Səfərova Sərvinaz Rəsul qızı

Qazanbulaq qəsəbə

050-700-37-66

  1.  

Qaradağlı kənd diyarşünaslıq evi

Əliyeva Dilbazı Məhəmməd qızı

Qaradağlı kəndi

070-712-19-50

  1.  

Xoylu kənd mədəniyyət evi

Allahverdiyeva Xavər Raqib qızı

Xoylu kəndi

055-754-83-83

  1.  

Nizami kənd diyarşünaslıq evi

Sadıqova Natavan Vaqif qızı

Nizami kəndi

055-567-14-65

  1.  

Ağamalıoğlu kənd mədəniyyət evi

Əliyeva Sevda Arif qızı

Ağamalıoğlu kəndi

055-406-52-99

  1.  

Dəyirmanlar kənd mədəniyyət evi

Quliyeva Sürəyya Binnət qızı

Dəyirmanlar kəndi

051-547-28-62

  1.  

Baxçakürd kənd mədəniyyət evi

Alıyeva Təranə Aydın qızı

Baxçakürd kəndi

055-838-30-04

  1.  

Faxralı kənd mədəniyyət evi

Həmidova Nəzakət Vahid qızı

Faxralı kəndi

050-664-82-58

  1.  

Sarov kənd diyarşünaslıq evi

Hüseynova Sevda Nadir qızı

Sarov kəndi

051-541-44-11

  1.  

Muzdurlar kənd sənətkarlıq evi

Bayramova Tərlan Qənbər qızı

Muzdurlar kəndi

070-749-27-63

  1.  

Hazırəhmədli kənd sənətkarlıq evi

Xasıyeva Röyalə Əlövsət qızı

Hazırəhmədli kəndi

055-651-13-89

  1.  

Xınalı kənd mədəniyyət evi

Əkbərova Sevda Tahir qızı

Xınalı kəndi

070-556-20-62

  1.  

Gürzallar kənd sənətkarlıq evi

Tapdıqova Edilya Qədim qızı

Gürzallar kəndi

077-543-93-40

  1.  

Zeyvə  kənd folklor evi

Rüstəmov Elşad Kəniş oğlu

Zeyvə  kəndi

051-890-99-11

  1.  

Şəfəq kənd mədəniyyət evi (əvəz edir)

Əliyeva Laləzar Rahəddin qızı

Şəfəq kəndi

050-624-75-45

  1.  

Qaraçinar kənd mədəniyyət slıq evi

İmanova Tahirə Məhərrəm qızı

Qaraçinar kəndi

050-559-96-77

  1.  

Yenikənd kənd mədəniyyət evi

Məmmədova Xəyalə Yusif qızı

Yenikənd kənd

050-682-53-07

  1.  

Todan kənd mədəniyyət evi

Əliyev Zaməddin İlham qızı

Todan kəndi

077-512-62-29

  1.  

Buzluq kənd mədəniyyət   evi

Qasımova Mətanət Əlövsət qızı

Buzluq kəndi

051-383-01-37

  1.  

Rus Borisi kənd mədəniyyət evi

Novruzov Zahid Bəviş oğlu

Rus Borisi

070-941-63-33

  1.  

Mənəşli kənd mədəniyyət evi

Rəhimova Səlminaz Rəsul qızı

Mənəşli kəndi

055-498-68-06

  1.  

Şəhər 1 saylı sənətkarlıq klubu

Kazımova Nazilə Rəhim qızı

Dədə Qorqud küçəsi, 27

077-504-66-50

  1.  

Şəhər 2 saylı klubu

Məmmədova Sevda Oktay qızı

Vidadi küçəsi 54

070-691-43-75

  1.  

Aşağı Ağcakənd  kənd klubu

Məsimov Zahid Məcid oğlu

Aşağı Ağcakənd  kəndi

050-993-94-48

  1.  

Əlirzalı kənd folklor klubu

Rüstəmov İlkin Hüseyin oğlu

Əlirzalı kəndi

050-967-22-65

  1.  

Səfikürd kənd sənətkarlıq klubu

Səklikov Qoşqar Fərhad oğlu

Səfikürd kəndi

055-800-86-14

  1.  

Nərminanlı kənd klubu

Məmmədova Səlmi İdris qızı

Nərminanlı kəndi

050-403-80-62

  1.  

Şadılı kənd klubu

Musayeva Məsmə Qulu qızı

Şadılı kəndi

051-549-93-93

  1.  

Nadirkənd kənd klubu

Albabayeva Elnara Əli qızı

Nadirkənd kəndi

055-883-15-43

  1.  

Eyvazlılar kənd klubu

Məmmədova Güllü Məhəmməd qızı

Eyvazlılar kəndi

055-559-14-84

  1.  

Xoylu kənd klubu

Əliyeva Sevinc Çingiz qızı

Xoylu kəndi

055-800-80-44

  1.  

Qurbanzadə kənd  klubu

İsmayılova Afidə Əlisahib qızı

Qurbanzadə kəndi

055-991-70-24

  1.  

Yolpax kənd folklor klubu

Orucova İradə Həsən qızı

Yolpax kəndi

022-24-60-0-97

  1.  

Səmədabad kənd klubu

Əşrəfova Təranə Qələndar qızı

Səmədabad kəndi

051-805-65-70

  1.  

Göynüyən kənd klubu

Xasıyev Malik Əli oğlu

Göynüyən kəndi

050-640-98-75

  1.  

Kələk kənd diyarşünaslıq klubu

Abbasova Sevinc Qurban qızı

Kələk kəndi

070-502-17-94

  1.  

Şıxlar kənd klubu

Atakişiyeva Rahilə Məhəmməd qızı

Şıxlar kəndi

070-324-31-40

  1.  

Qarasuçu kənd klubu

Mahmudova Şəmsiyyə Şəmil qızı

Qarasuçu kəndi

055-919-55-71

  1.  

Qaramusalı kənd klubu

Əliyev Eldəniz Abuzər oğlu

Qaramusalı kəndi

077-512-77-69

  1.  

Həmənli kənd klubu

Verdiyeva Kifayət Hidayət qızı

Həmənli kəndi

070-586-52-82

Gəncə, Əttarlar küçəsi (Məhsəti Gəncəvi Mərkəzi)

(02226) 6-29-48

© 2017-2018 Bütün hüquqlar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsusdur