Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi

Region haqqında
Səhiyyə

Kəlbəcər

KƏLBƏCƏR RAYON MƏRKƏZİ XƏSTƏXANASI

Baş həkim: Kazımova Mehparə Musa qızı

Əlaqə telefonları: (022) 58-24-56, 051-963-77-00

Rayon mərkəzi xəstəxanası 1993-cü ilin aprel ayından Göygöl rayonu 7 saylı Sovxoz ərazisində uyğunlaşmış binada, vaqon və konteynerlərdən ibarət həkim kabinetlərində fəaliyyət göstərir. Hal hazırda mərkəzi xəstəxananın bir struktur bölməsi 70 çarpayılıq genişlənmiş poliklinka şəklində fəaliyyət göstərir. Xidmət sahəsində Gəncə şəhərində, qismən Samux,Goranboy və Göygöl rayonlarında müvəqqəti məskunlaşmış 25000 nəfər kəlbəcərli məcburi köçkünlərə tibb xidməti göstərilir.
Mərkəzi xəstəxana stasionar və poliklinka şöbəsindən ibarətdir. Stasionarda terapiya şöbəsi 20 çarpayılıq, cərrahi şöbə 10 çarpayı, uşaq şöbəsi 20 çarpayı, mama ginekoloji 15 çarpayı və infeksion şöbə 5 çarpayı şəklində fəaliyyət göstərir. Əlavə olaraq təcili yardım şöbəsi, kliniki diaqnostik labaratoriya, xəstəxana daxili aptek fəaliyyətdədir. Poliklinka şöbəsində kardioloji kabinet, şüa diaqnostik kabinet, stomatoloji, oftalmoloji, nevropatoloq, infeksionist, cərrahi, ginekoloji, dermatoveneroloji, otorinolorinqoloji kabinetlər vardır.
Xəstəxanada 239 nəfər işçi çalışır. Onlardan 29 nəfər həkim, 79 orta tibb işçisi, 130 nəfər sair işçilərdir. Göygöl rayonu ərazisində "Murovdağ" məcburi köçkün qəsəbəsində Həkim məntəqəsi fəaliyyət göstərir ki, onun da işçiləri mərkəzi xəstəxananın işçiləridirlər.
İşğaldan əvvəl Mərkəzi xəstəxana 100 çarpayılıq olmaqla əlavə 50 çarpayılıq uşaq xəstəxanası, cəmi 275 çarpayılıq 7 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası və 75 feldşer mama məntəqəsi kimi fəaliyyət göstərirdi.