Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Cənnətov Vasif Xaliq oğlu

Gəncə Regional Mədəniyyət İdarəsi

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi

Cənnətov Vasif Xaliq oğlu 7 iyul 1985-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1991-ci ildə Gəncə şəhəri 31 saylı orta məktəbin I sinfinə daxil olmuş, 2001-ci ildə Ə.Cavad adına 2 saylı orta məktəbin XI sinfini bitirmişdir. 2001-2006-cı illərdə Rusiya Federasiyasının Maliyyə və Hüquq İnstitutunun hüquqşünas ixtisasına yiyələnmişdir. 2006-2007-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2009-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə İdarəetməsi fakultəsinin inzibati-idarəetmə ixtisasına yiyələnmişdir. 2007-2011-ci illərdə “Gəncə-Dəyirman” ATSC-də hüquqşünas vəzifəsində çalışmışdır. 2011-ci ilin yanvar ayının 21-dən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi vəzifəsində, 2013-cü ilin may ayının 14-dən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinin Göygöl rayon şöbəsində şöbə müdiri vəzifəsində, 2018-2021-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsində şöbə müdiri vəzifəsində işləmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var.