Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Məmmədov Asəf Səyyaf oğlu

Gəncə Regional Mədəniyyət İdarəsi

Rəis müavini

Asəf Səyyaf oğlu Məmmədov 05 fevral 1987-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1993-2004-cü illərdə Gəncə şəhəri 1 saylı orta məktəbini bitirmişdir. 2004-2008-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə, Aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi ixtisasına yiyələnmişdir. 2013-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına yiyələnmişdir. 2012-2013-ci illərdə “Gəncə Aptek 95” ASC-də fəhlə vəzifəsində çalışmışdır. 2013-2015-ci illərdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsində məsləhətçi (məhkəmə iclas katibi) vəzifəsində, 2015-2017-ci illərdə həmin məhkəmədə hakim köməkçi vəzifəsində, 2017-2019-cu illərdə həmin məhkəmədə böyük məsləhətçi vəzifəsinə işləmişdir. 2019-2021-ci illərdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətində baş məsləhətçi (hüquqşünas) vəzifəsində işləmişdir. Ailəlidir, üç övladı var.