Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Sağlamlıq idmandan başlayır” adlı onlayn görüş keçirilib

05.03.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  24 saylı kitabxana filialı 4.03.2021-ci il tarixdə 5 mart  Bədən tərbiyəsi və idman günü münasibətlə "Sağlamlıq idmandan başlayır" adlı  onlayın görüş keçirdi. Tədbiri filialın müdiri Rahilə Qasımova 5  mart Bədən Tərbiyəsi və İdman Gününün yaranması haqqında məlumat verdi. Sonra söz Təhsil Respublika İdman Mərkəzi Gəncə şəhər 2 saylı Uşaq gənclər idman  şahmat məktəbinin dama üzrə  baş məşqiçi Gülşən Abdullayevaya verildı. Baş məşqçi  dövlətimizin idmana və idmançılara göstərdiyi böyük qayğıdan danışdı.Tədbirdə  güləş üzrə Tanırverdiyev Rəşad,  şahmat üzrə Azərbaycanı Yunanıstanda məktəblilər arasında təmsil edən Həmzəyeva Arzum, futbol  üzrə Yolçuyev Ramiz, boks üzrə Mehtiyev Tunar, cüdo üzrə Rzayev İsrayıl, taykvanoto üzrə Məmmədova Nuray, dama üzrə Mehralıyev Sinan və Kərimli Muraz, basketbol üzrə Məsimov Tunar iştirak etdilər.Məktəbli idmançılarımız məşğul olduğu idman sahəsində dəfələrlə I,II,III yerləri tutmuşlar, çox sayda medallar, diplomlar və fəxri fərmanlara layiq görülmüşlər. Tədbirin sonunda iştirakçılarımız  idmançılarımıza bol-bol uğurlar arzuladılar.

 

70.1 KB