Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Ana dedim qarşımda gözəl səhnə açıldı” başlığı altında onlayn şeir gecəsi keçirilib

08.03.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə onlayn "Ana dedim qarşımda gözəl səhnə açıldı" başlığı altında 27 saylı məktəb-litseyin müəllim və şagirdləri ilə birgə şeir gecəsi keçirib.Tədbiri şöbənin kitabxanaçısı Kifayət  Sadıqova  açaraq Mikayıl Müşfiqin "Ana" şeirini  səsləndirib, bayramın yaranma tarixi haqqında məlumat verdi. Daha sonra sözü  müəlliməsi Sevil Verdiyevaya verdi. O, "Ana sevgisi tükənməzdir müqəddəsdir və bənzərsizdir"  başlığı altında məruzə etdi.Sonda uşaqlar 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş şeirlər səsləndirdi.

 

81.7 KB