Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Azərbaycandan dünyaya doğan günəş Nizami Gəncəvi və Heydər Əliyevin şairə olan rəğbəti”adlı tədbir keçirilib

08.03.2021

“Azərbaycandan dünyaya doğan günəş Nizami Gəncəvi və Heydər Əliyevin şairə olan rəğbəti”

06 Mart 2021-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı Azərbaycanın Ukraynadakı Fəxri Konsulluğunun (Xarkov şəhəri), regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin (Gəncə, Abşeron, Yevlax, Şəki, Qax, Qəbələ, Balakən, Yardımlı, Şəmkir, Zaqatala, Oğuz,Ucar, Beyləqan ), Ukrayna Respublikasında yaşayan soydaşlarımız, “Aynurxatın” qadın cəmiyyətinin və “Odlar Yurdu” Gənclər Təşkilatının, Ukrayna və Azərbaycanda Nizami Gəncəvi irsini araşdıran elm xadimlərinin Azərbaycan Milli Elmlər Akadamiyasının Gəncə bölməsinin, Azərbaycan Texnologiya Universitetinin, Gəncə Dövlərt Tarix Mədəniyyət Qoruğunun Nizami Gəncəvi filialı, Samux rayon Musiqi Məktəblərinin (Samux şəhər Uşaq Musiqi Məktəbi, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbi, Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbi), Samux rayon Mərkəzi Kitabxana Sisteminin və digər təşkiltların birgə iştirakı ilə “Azərbaycandan dünyaya doğan günəş Nizami Gəncəvi və Heydər Əliyevin şairə olan rəğbəti” mövzusunda onlayn konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Azərbaycanın böyük şairi Nizami Gəncəvinin söz dünyasının işığına toplaşıb dəyərli vaxtını ayıran hər kəsi salamladı və öz təşəkkürünü bildirdi.

Daha sonra çıxış üçün söz alan Azərbaycanın Ukraynadakı fəxri konsulluğunun nümayəndəsi İrina Nikolayevna, Kiyev Texnologiya və dizayn Milli Universitetinin dosenti Elnarə İsgəndərova, Şavak Olga, Katerina Çirçilova, Olqa Mixayluk, Xarkov şəhərində fəaliyyət göstərən Azərbaycan diasporasının fəal üzvlərindən “Aynurxatın”qadın cəmiyyətinin sədri Kifayət Cəfərova, “Odlar Yurdu” Gənclər təşkilatının sədri Abışzadə Günay, Poeziya klubunun üzvü Ceyhun Şıxəliyev, Natalya Prayvoronskaya, Petra Vasilenko adına Beynəlxalq Xarkov Milli Texniki Aqrar Universitetinin Politoloji Elmlər üzrə dosenti Qarnik Lyudmila Petrovna , Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin, Nizami Gəncəvi Mərkəzinin Nizami yaradıcılığı şöbəsinin fəlsəfə üzrə doktoru Tağıyeva Aləmzər, Muxtarov Əlimuxtar , Qax Heydər Əliyev Mərkəzinin direktoru Omarova Nərminə, Yevlax Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Gəncə Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Azərbaycan Texnologiya Universitetinin Fəlsəfə kafedarasının dosenti Məmmədova Süsənbər, Qocayeva Zeynəb, Isgəndərova Hicran, Samux rayon Mərkəzi Kitabxanasının direktoru Abdullayeva Şəhla, Samux rayonİdman Şahmat Məktəbinin metodisti Qarayeva Aysel , Samux rayon Tatlı kən tam orta məktəbin müəllimi Məmmədova Vüsalə həmçinin digər iştirakçılar öz çıxışlarında Nizami Gəncəvi yaradıcılığının Azərbaycan mədəniyyətində tutduğu əvəzolunmaz mövqeyindən, onun yaradıcılığından geniş danışdılar. Həmçinin tədbir də Samux şəhər Uşaq Musiqi Məktəbinin tar müəllimi Qurbanov Vüqarın ifasında “Sevgili canan”, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin müəllimi Əməkdar Mədənniyət işçisi Mehparə Cəfərovanın ifasında Nizami Gəncəvinin sözlərinə bəstələnmiş “Sənsiz romansı”, Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin Muğam müəllimi Nuiryeva Zəminənin ifasında sözləri Nizami Gəncəvinin qəzəli əsasında muğam tədbirin gedişinə xüsusi bir nəfəs qatmış oldu.

 

89.7 KB

 

48.9 KB

 

28.8 KB