Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gəncə Dövlət Universiteti və Gəncə şəhər MKS-nin 16 nömrəli filialı ilə birlikdə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ”Ülvilik, zəriflik, mərdlik rəmzi olan qadınlar” mövzusunda video konfrans keçiirilib

08.03.2021

Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gəncə Dövlət Universiteti və Gəncə şəhər MKS-nin 16 nömrəli filialı ilə birlikdə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Ülvilik, zəriflik, mərdlik rəmzi olan qadınlar" mövzusunda video konfrans keçirdi.

Konfransı Mərkəzin elmi işçisi Gülər Ellazova açaraq iştirakçıları Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik etdi. Qarabağ dərdini tarixlərə şanlı qələbə ilə yazan igid Azərbaycan övladlarını dünyaya gətirib tərbiyyə etmiş anaların önündə baş əydiyini bildirərək bütün Azərbaycan qadınlarına tarix boyu xas olmuş şərəfli ömür yolunu sağlam yaşamağı arzuladı. Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək bildirdi ki, Azərbaycan qadını öz ağlı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımızı, millətimizi daim ucaldıbdır. Ümummilli lider Heydər Əliyev 8 mart - Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi:"Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona göstərilən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar."Tədbirdə çıxış edən Gəncə şəhərindən seçilən Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynayan Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, respublikamızda dövlət qadın siyasəti, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə Başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. MKS-nin 16 nömrəli kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova "Azərbaycan ədəbiyyatında ana obrazı" mövzusunda, Gəncə Dövlət Universitetinin prorektor müavinləri və tələbələri "Azərbaycan qadınının nailiyyətləri' mövzusunda çıxış edərək 8 mart Beynəlxalq Qadınlar Günü Münasibətilə bütün Azərbaycan qadınlarını təbrik etdilər.

 

52.1 KB

 

54.8 KB

 

29.9 KB