Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Nizami hər sözü demiş birinci, Qoymamış cilasiz qalsın bir inci” adlı onlayn konfrans keçirilib

11.03.2021

Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11sayli kitabxana filialı Gəncə Diyarşünaslıq evi ilə birlikdə dahi şair Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə "Nizami hər sözü demiş birinci, Qoymamış cilasiz qalsın bir inci" adlı onlayn konfrans keçirib

Tədbiri Diyarşünaslıq evinin direktoru Pərvin Nəzəreliyeva açaraq tədbir iştirakçılarını salamladı və 2021-ci ilin Nizami ili kimi elan olunmasından danışdı. 11 sayli kitabxana filialının müdürü Esmira Həsənova şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Sonra çıxış etmək üçün sözü Dövlət Tarix Mədəniyyət qoruğunun Nizami filialının müdiri Gülnarə İsmayılovaya verdi. O öz çıxışında Nizami yaradıcılığı və məqbərəsi haqqında geniş məlumat verdi.

Kiçik yaşlı oxucumuz olan Zahid Nəzərəliyev şairin "Oğlum Məhəmmədə nəsihət" şeirini səsləndirdi. Gəncə Dövlət Rəsm Qalereyasının bələdçisi Sevinc Məhərrəmova öz çıxışında şairin yaradıcılığından olan maraqlı nüanslara toxundu. Vaqif Əliyev adına 12 saylı tam orta məktəbin 3-cu sinif şagirdi İbrahim Məhərrəmov Nizami Gəncəvinin lirikasindan şeir səsləndirdi. 11sayli Kitabxana filialının böyük kitabxanaçısı Gülnar Hüseynova Nizami lirikasi mövzusunda çıxış etdi. Sonda MKS-nin direktoru Elmira xanım Əliyeva tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.

 

77.1 KB

 

58.9 KB

 

58.2 KB