Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Teatrın sayrışan işıqları” adlı görüş keçirilib

11.03.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 10 mart Milli Teatr Günü münasibətlə 10.03.2021-ci il tarixdə "Teatrın sayrışan işıqları" adlı görüş  keçirdi. Görüşə Gəncə şəhər Dövlət Dram Teatrının rejissoru Elşad Əhmədov və Əməkdar  artist Rəhilə Məmmədova  dəvət edilmişdir. 24 saylı kitabxana filialının müdiri Rahilə Qasımova  tədbir iştirakçılarını salamladı və 10 mart  Milli Teatr Gününün  yaranması haqqında məlumat verdi. Sonra tədbirdə iştirak edən rejissor  Elşad Əhmədov Gəncə Dram Teatrının  yaradılması və teatrda səhnələşdirilmiş əsərlər haqqında ətraflı məlumat verdi. Rejissor həmçinin bu il Gəncə Dram Teatrının yaradılmasından 126 il ötdüyünü və bu müddətdə böyük bir aktyor nəslinin də yetişdiyini qeyd etdi. Elşad Əhmədov  özünün pandemiya  müddətində gördüyü  yaradıcılıq  işlərindən də danışdı. Sonra söz Rəhilə Məmmədovaya  verildi. Aktirisa  səhnədə aldığı rollardan və   sevə-sevə iştirak etdiyi tamaşalardan danışdı. Rəhilə xanım Xocalı soyqırımının 29-cu  il dönümünə  həsr olunmuş Elşad Əhmədovun  rejissorluğu ilə hazırlanmış videoçarxda da iştirak etdiyini söylədi. Əməkdar artist öz sözünü  Nizami Gəncəvinin bir qəzəli ilə bitirdi. Sonda MKS-nin direktoru Elmira Əliyeva və direktor müavini  Fəridə Qədimova hər iki qonağa öz təşəkkürlərini bildirdilər, Milli Teatr günü münasibətlə təbrik etdilər və bol-bol sənət uğurlar arzuladılar.

 

129.1 KB

 

135.8 KB