Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Vətən müharibəsi qazisi ilə görüş keçirilib.

11.03.2021

09 mart 2021-ci il tarixində Goranboy rayonu Heydər Əliyev Mərkəzi və Gənclər İnkişaf və Karyera Mərkəzinin Goranboy nümayəndəliyinin birgə təşkilatçılığı ilə ikinçi Qarabağ-Vətən müharibəsinin qazisi, rayonun Səfikürd kəndindən olan Əliyev Təbriz Şəmsi oğlu ilə evində görüş keçirilmişdir.

Təbriz Əliyev, ordumuzun qazandığı uğurlardan, Azərbaycan əsgərlərinin qəhrəmanlığından danışmış, döyüş təəssüratlarını görüş iştirakçıları ilə bölüşmüşdür.

Təbriz Əliyev Füzuli, Cəbrayil və Xocavənd rayonlarının işğaldan azad olunmasında iştirak edərək yaralanmışdır.

Qazi Təbriz Əliyev, görüş üçün öz minnətdarlığını bildirmişdir.

 

133.2 KB

 

130.7 KB