Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş foto sərgi.

31.03.2021

Goranboy Dövlət Rəsm Qalereyası Goranboy rayon Gənclər parkında açıq havada pandemiya şərtlərini pozmadan 31 mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar foto sərgi nümayiş etdirdi. Qalereyanın direktoru Çinarə Abdullazadə soyqırımı barədə məlumat verərək bildrmişdir ki, Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı  quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan  olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin  26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

 

155.4 KB

 

150.3 KB

 

116 KB