Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Tariximizin silinməyən səhifəsi-31 mart” başlıqlı onlayın söhbət keçirildi

31.03.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 31.03.2021-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırım Gününə aid "Tariximizin silinməyən səhifəsi-31 mart" başlıqlı onlayın söhbət keçirdi. Tədbirdə filialın müdiri Rahilə Qasımova XX əsrin əvvəllərində 1918-ci il mart ayının 31-də erməni təcavüzkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımdan 103 il keçdiyini söylədi. Filialın müdiri 31 mart  azərbaycanlıların soyqırım günü kimi qeyd edilməsi  Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı imzalaması ilə başladığını   dedi. Sonra onu da söylədi ki,  XX əsrdə azərbaycanlılar 4 dəfə 1905-1907-ci, 1918-1920-ci,  1948-1953-cü  və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırım və etnik təmizləmələrə məruz qalmışlar. Ermənilərin azərbaycanlılara  qarşı törətdiyi qanlı faciələrin daha dəhşətlisi 1918-ci il 31 mart və 1-2 aprel tarixlərində törədilmiş soyqırım hadisəsidir. 
Sonra söz Gəncə şəhər 2 saylı peşə liseyinin  tarix müəllimi Yeganə İbrahimovaya verildi. Yeganə müəllimə tarixi faktlarla statistik rəqəmləri, o cümlədən Bakıda və onun ətraf kəndlərində, Şamaxıda, Quba qəzasında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran bölgələrində və başqa ərazilərdə azərbaycanlıların xüsusi qəddarlıqla qətlə yetirildiyini söylədi. Müəllimə çıxışında qeyd etdi ki, həmçinin İrəvan quberniyasında, Qars vilayətində Qarabağda  və başqa yerlərdə azərbaycanlılar yaşayan kənd və məntəqələri yandırıb, dağıdıb, talan etmişdilər. Müəllimə sonda ermənilərin zaman-zaman azərbaycanlılara  qarşı törədilmiş məqsədyönlü soyqırımı xalqımızın taleyinə qanla yazılmış bir tarixdir söylədi. 
Sonra söz Daşkəsən rayonu Gurbulaq  kəndinin tarix müəllimi Arifə Abbasovaya verildi.  Arifə müəllimə soyqırımın tarixi köklərinin  XIX əsrdən başladığını və başlama səbəblərini açıqladı. Müəllimə onu da söylədi ki, ermənilər bu söyqırımları planlı şəkildə və mərhələlərlə həyata keçirmişlər. Sovet rejimində 1918-ci il mart soyqırımı 70 illik "Qırmızı qaranlıqlar" dövründə görünməz olmuşdur. Müəllimə həmçinin Qubada tapılan 1918-ci ilə aid məzarlıq haqqında da danışdı. Sonda kitabxanaçı kitabxanada olan soyqırıma aid kitablar haqqında məlumat verdi. O zaman bu dəhşətləri  gözləri ilə  görən Hacı Səlim Səyyahın "Mart ayı", yazıçı Cəfər Cabbarlının "Dur, ey xar olan millət" şeirləri xalqı səfərbərliyə çağırmaq məqsədilə yazıldığı da tədbirdə  qeyd edildı. Tədbirdə bu soyqırımlara cavab olan Azərbaycanın böyük tarixi qələbəsindən də danışıldı. Tədbir iştirakçıları 31 mart soyqırımında həm də torpaqlarımızın azadlığı uğrunda şəhid olanlara sonda Allahdan rəhmət  dilədilər.

 

124.7 KB

 

66.5 KB