Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Gəncə Vətən müharibəsində” adlı kitabın təqdimatı keçirilib

01.04.2021

Gəncə Regional Mədəniyyət İdarəsində 01.04.2021-ci il tarixində “Gəncə Vətən müharibəsində” adlı kitabın təqdimatı keçirilib.

Kitabın müəllifi, Gəncədə yaşayıb-yaradan istedadlı yazıçı-jurnalist Ruhulla Əsgər oğlu Zahidovdur.

Kitabda 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək, II Qarabağ Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44-gün ərzində işğal altında olan ərazilərimizin erməni qəsbkarlarından azad olunmasından, Gəncədə erməni terrorundan, eləcə də qazanılan şanlı Qələbədən, bu Qələbədə Gəncə şəhərinin və Gəncəlilərin özünəməxsus payı və əməyindən bəhs olunur.

Kitabın müəllifi Ruhulla Zahidov “Gəncə Vətən müharibəsində” kitabını Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova təqdim etmişdir

 

103.3 KB