Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” adlı videokonfrans keçirilib.

02.04.2021

02.04.2021-ci il tarixində Naftalan şəhər Heydər Əliyev Mərkəzi, Siyəzən rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə, Aprel savaşına həsr olunmuş "Aprel döyüşləri böyük zəfərin başlanğıcı" adlı onlayn videokonfransda iştirak etmişdir.

Tədbirdə həmçinin regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri (Siyəzən, Naftalan, Zərdab, Yardımlı, Lerik, Neftçala, Yevlax, Samux, Salyan, Kürdəmir, Ağcabədi, Şirvan, Hacıqabul ) də iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev 2016-cı il Aprel döyüşlərində baş vermiş və Vətən tarixinə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin tariximizdə oynadığı mühüm rol və dönüş yaratmasından, uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında 2000 hektardan çox torpağımızın işğalçılardan azad edilərək, Azərbaycan Ordusunun tam nəzarətinə keçməsindən, uzun illərdən sonra qəhrəman döyüşçülərimizin xalqımıza yaşatdığı qələbə sevincindən danışdı. O, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi sözləri sitat gətirərək, qeyd etdi ki, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi.

Mövzu ətrafında çıxışlarını davam etdirən Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, Naftalan şəhər Heydər Əliyev Mərkəzinin kargüzarı Lamiyə Məmmədova, Yevlax rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Rövşanə Əliyeva, və Siyəzən rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Aygün İsayeva Aprel döyüşlərinin bu günkü Qələbəmizin qazanılmasında, ruh yüksəkliyinin formalaşmasında, xalqın Qələbə arzusunun alovlanmasina birbaşa təsiri olmasından, rəşadətli Azərbaycan Ordusunun 44 günlük Qələbə qazanmasında yolun başlanğıcı olmasından geniş bəhs etdilər.

Tədbirin sonunda Azərbaycan şəhidlərinin əziz xatirəsi bir daha hörmətlə yad edildi.

 

209 KB

 

193.9 KB

 

193.7 KB