Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Böyük zəfərin başlanğıcı” adlı tədbir keçirilib

02.04.2021

Samux rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsinin təşəbbüsü ilə   2016-cı ilin aprel döyüşlərinə həsr olunmuş  “Böyük zəfərin başlanğıcı “adlı  tədbir keçirilıb.

Tədbirdə  ilk növbədə bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Samux rayonu üzrə baş məsləhətçi Süleyman Əliyev 2016-cı il aprel  hadisələri haqqında danışıb. Oxuculara xidmət  şöbəsinin  müdiri Vüsalə Əliyeva çıxışında qeyd edib ki, qanla yazılan tarixi günləri gələcək nəsillərə ötürməliyik. Sonra xidmət şöbəsinin işçiləri Ləman Əliyeva və Telli  Nəsibova  aprel  hadisələri   və şəhidləri  haqqında məlumat veriblər.

Tədbirdə bütün iştirakçılar çıxış edərək  bildirib ki, Qarabağ Azərbaycandır və hər zaman qələbə bizimlə olacaq.

 

89.2 KB