Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Söz,hikmət,qüdrət, heyrət dünyasının əbədiyyət günəşi adlı onlayn görüş keçirildi.

03.05.2021

Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş şəxsiyyətlər daim dövlətimizin, dövlət rəhbərimizin diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin  .şərəfinə  2021-ci ili “Nizami Gəncəvi  ili” adlandırdığı dahi Şeyx Nizami Gəncəvinin 880 və  mayası haqqdan gələn, qüdrətli söz sənətkarı  Aşıq Ələsgərin 200 illik yubileylərinin qeyd edilməsi haqqında, sərəncamları bu diqqətin, qayğının təzahürüdür.                                                                                                      

Mayın 2 – də Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzləşdirilmiş Kitabxana sistemində sənət və aşıq ədəbiyyatı aləmində yeni zirvələr yaratmış Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş  “Söz, hikmət, qüdrət, heyrət dünyasının əbədiyyət günəşi” adlı onlayn ədəbi video- konfrans keçirilmişdir. Konfransı Mərkəzləşdirilmiş kitabxana sisteminin direktor müavini Fəridə Qədimova açaraq tədbir iştirakçılarını salamladı. Bildirdi ki, saz-söz dünyasında elə nadir və nəhəng simalar vardır ki, onları mənsub olduqları sənət sahəsinin simvolu hesab etmək ana südü kimi halal görünür. Bu sıradan Azərbaycan və Türk aşıq  poeziyasının bütün dönəmləri üçün sənət  simvolu olmaq haqqının əsas daşıyıcılarından biri  və birincisi Aşıq Ələsgərdir. Aşıq Ələsgər klassik ədəbiyyatımızın qaynaqlarından şirə almış, zəngin aşıq sənətini dərindən-dərinə mənimsəmiş, böyük bir novator sənətkar kimi onu yeni mərhələyə qaldıra bilmişdir. Aşıq Ələsgər  böyük istedad sahibi kimi xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənəsini, toyunu-yasını, sevincini-kədərini,ictimai dərdlərini çox böyük ustalıqla, uca sənətkarlıqla öz əsərlərində əks etdirmiş, açıb göstərmişdir.                             

Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçi ,əməkdar mədəniyyət işçisi Bəxtiyar Muradov bütün iştirakçıları salamlamış, tədbirin maraqlı keçməsinə uğurlar diləmişdir. Tədbirdə  Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, filioiogiya üzrə fəlsəfə doktoru,  millət vəkili, daim  dövlətimiz, dövlətçiliyimiz və gələcəyimiz naminə şərəfli xidmətləri olan Əziz Ələkbərli, 2000-ci ildən Milli Məclisin deputatı, Azərbaycan qadınının bütün müsbət keyfiyyətlərini özündə əks etdirən, maraqlı və dəyərli  tədqiqatlar müəllifi. şöhrət ordenli Məlahət İbrahimqızı , Aşıq Ələsgər yaradıçılığının istedadlı tədqiqatçısı  Azərbaycan Milli Konservatoriyasının “Milli musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının , dosent üzrə fəlsəfə doktoru, Fəxrəddin Salim, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru ,tarix elmləri namizədi, dosent millət vəkili Pərvin Kərimzadə,Yeni Azərbaycan Partiyası Gəncə təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, Moskvada yaşayan. Qəlbi, ruhu daim vətənlə döyünən riyaziyyatçı alim, professor Ələddin Allahverdiyev, Azərbaycan ədəbiyyatşünası ,yazıçı-publisist, filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun  şöbə müdiri Almaz Ülvi,Cənubi Azərbaycandan olan İrfani sənətkar Aşıq Məhəmməd Fərzanəqan, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova ,Azərbaycan Dövlət Aqrar Universitetin professoru,kimya elmləri doktoru, Mövsümov Elman , əməkdar mədəniyyət işçisi, şair, dramaturq filologiya üzrə fəlsəfə doktoru Sahib İbrahimli,  şair Aqşin Hacızadə, Dədə Ələsgərin kötükcəsi,elə şerlərini  də bədahətən deyən Sima Azadqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü,şair-publisist, "Qızıl qələm" mükafatı laureatı Prezident təqaüdçüsü Qılman İman,Aşıq Ələsgər irsinin tədqiqi, təbliği, yaşanması yolunda misilsiz xidmətləri olan dəyərli insan, tibb üzrə fəlsəfə doktoru, həkim, provizor Hacı Abbas Bağırov, Aşıq Ələsgər ocağının nümayəndəsi, Aşıq Ələsgər irsinin  dərin tədqiqatçısı, filologiya elmləri namizədi, Ələsgərşünas alim İslam Ələsgərin yadigarı Xətai Ələsgərli Dədə Ələsgər yaradıcılığının sirrindən, sehrindən danışaraq, onun  yaradıcılığının bütün türk dünyası üçün önəmli rol oynadığını söylədilər.tədbirdə cənublu aşıq Məhəmməd Fərzəqaninin və Aşıq Ələsgərin nəticəsi Füzuli Ələsgərlinin ifasında dahi şairin şerləri və saz havaları səslənmişdir.                                                         

Sonda tədbirin aparıcısı Fəridə Qədimova  söylədi ki,Aşıq Ələsgər yaradıcılığı elə zəngin bir xəzinədir ki, bu xəzinədən insanlar illər, əsrlər keçdikcə nə qədər faydalansalar da, nə çəkisi azalar,  nə dəyəri. Bu zəngin xəzinədən danışmaq zaman məhdudiyyətinə sığmaz, yenə ürəklərdə deyilməmiş çox sözlər qalar.

O kollektiv adından  dəyərli çıxış edənlərə, digər dinləyici iştirakşılara, onların milli- mənəvi irsimizə, Dədə Ələsgər ruhuna, poeziyasına ehtiramına, sevgisnə, dəyərinə görə təşəkkür edərək, hər birinə Dədə ömrü, Dədə ucalığı arzuladı. inşAllah növbəti tədbirlərin dahi Aşığın öz vətənində, qədim oğuz yurdu Göyçə mahalında keçirilməsini dilədi.

 

64 KB

 

62.7 KB

 

43.3 KB