Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Nizami söz və sənət haqqında” adlı onlayn tədbir keçirildi.

03.05.2021

30 aprel tarixində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Prezidentin 05 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən “Nizami söz və sənət haqqında” adlı onlayn tədbir keçirdi.

Tədbirdə AMEA Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dossent Təhminə Bədəlova, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Mətbuat və İnformasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu, Antalya-Azərbaycan Kültür və dayanışma Dərnəyinin sədri Ceyran Səttarova, Gəncə MKS-in direktoru Elmira Əliyeva,direktor müavini Fəridə Qədimova,MKS-in Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Gülnaz İsgəndərova, MKS-in operatoru Nərmin Quliyeva və Səbail MKS-in işçiləri iştirak edirdilər. Tədbirdə “Nizami ideyalarını özündə yaşadan ədəbi-bədii nümunələr”, “Nizami söz və sənət haqqında”, “Nizami və dünya ədəbiyyatı”, “Nizami Gəncəvini dünya necə tanıdı” mövzularında çıxışlar oldu,böyük hikmət sahibi olan Nizami Gəncəvinin əsərlərində insanın kamilləşməsində elmə, biliyə, kitaba, tərbiyəyə yüksək yer verildiyi xüsusilə vurğulandı,cari ilin “Nizami Gəncəvi ili” elan edilməsi Azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürü olduğu qeyd edildi.

 

164.8 KB

 

93.8 KB

 

120.5 KB