Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Xalçalarımız dünənimiz, bu günümüz, sabahımız”adlı videokonfrans keçirildi

04.05.2021

4 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Xalçaçı günü” peşə bayramı münasibətilə videokonfrans keçirildi.

“Xalçalarımız dünənimiz, bu günümüz, sabahımız” adlı konfransda Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Sevda Məmmədəliyeva, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədov, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Nərgiz Abdullayeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov xalqımızın milli sərvəti olan, qədim tarixə və zəngin ənənəyə malik qədim xalçaçılıq sənəti və onun inkişafı istiqamətində görülən işlər barədə çıxış etdilər.

Tədbirə regionlarda fəaliyyət göstərən ayrı-ayrı şəhər və rayonların Heydər Əliyev Mərkəzlərinin direktorları Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, Quba Heydər Əliyev Mərkəzinin direktoru Orucova Elza, Qazax Heydər Əliyev Mərkəzinin direktoru Hüseynova Ceyhunə, Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Əsgərova Könül, Gəncə Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Oğuz Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova, Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Tərtər Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, Abşeron Heydər Əlyev Mərkəzinin direktoruTükəzban Həsənova, Yevlax Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Şabran Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev, Neftaçala Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, Ağcabədi Heydər Əliyev Mərkəzinin direktoru Rövşanə Əliyeva, Samux Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova öz bölgələrindəki xalçaçılıq mədəniyyəti və bu günkü vəziyyəti ilə bağlı çıxış etdilər. Tədbirdə həmçinin Sumqayıt, Yasamal, Qax, Cəlilabad, Astara, Mingəçevir, Zaqatala, Qəbələ, Balakən, Qobustan, Hacıqabul, Bərdə, Ağdam, Siyəzən, Xızı, Ağstafa, Şəmkir, Daşkəsən, Göygöl, Naftalan, Salyan, Sabirabad, Ucar, Şirvan, Goranboy (ümumilikdə 39 mərkəz) Heydər Əliyev Mərkəzlərinin direktorları və Gəncə Dövlət Filarmoniyasının mətbuat katibi Həsənova Bikəbəyim Mətləb qızı mövzu ətrafında müzakirələrdə iştirak etdilər.

 

13.4 KB

 

30.7 KB

 

38.9 KB