Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Şəhidlər ölməz, vətən bölünməz” adlı anım günü keçirilib

04.05.2021

03 may 2021-ci il tarixdə Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2№li Tatarlı kənd kitabxana filialı  Səfikürd kənd kitabxana filialı ilə birlikdə  Milli Qəhraman Sərxan Ocaqverdiyevin xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz”  adlı  anım günü keçiriblər.

Tədbiri  2№li  Tatarlı kənd kitabxana filialının böyük kitabxanaçısı Dursun İsmayilova açdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Qəhrəmanın qardaşı Sərvan Ocaqverdiyev qardaşının kecdiyi döyüş yolundan söhbət açdı. Kitabxananın əməkdaşı Günel Bayramova  qəhraman haqqında öz ürək sözlərini söylədi. Şəhidin  qardaşı oğlu Sərxan Ocaqverdiyev və oxucu Aysel Rzayeva  qəhrəmana həsr olunmuş şeirlər səsləndirdilər.

 

43.7 KB

 

36.4 KB

 

34.5 KB