Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Şəhidim, şərəfim, qürurum” başlığı altında onlayn görüş keçirildi

04.05.2021

Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Komplektləşdirmə və kitabişləmə şöbəsi 04.05.2021-ci il tarixində II Qarabağ müharibəsi şəhidi Eltac Azər oğlu Quliyevə həsr edilmiş “Şəhidim, şərəfim, qürurum” başlığı altında onlayn görüş keçirdi.
Tədbiri giriş sözü ilə açan Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov bildirdi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni məhv edərək torpaqlarımızı azad etdi. Sözsüz tarixi qələbəmiz unudulmaz şəhidlərimizin, qanı, canı,mərdliyi ilə savaş meydanında qazanılıb. Və bizim hər birimizin borcudur ki, onları hər zaman yad edək.

Tədbirdə şəhid Eltac Quliyevin ailə üzvləri,qohumları, dostları,döyüş yoldaşı, Gəncə şəhər MKS-nin direktoru əməkdar mədəniyyət işcisi Elmira Əliyeva, 15 nömrəli tam orta məktəbin müəllimləri, Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Regionlar və Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov  iştirak etdi.

Sonra şəhid Eltac Quliyevin oxuyub bitirdiyi  Gəncə şəhər Məşədi Əzizbəyov adına 15 saylı tam orta məktəbin sinif müəlliməsi Hacıyeva Nazirə xanım çıxış ederək  şəhid Eltac Quliyevin qısa lakin şərəfli həyat yolu barədə məlumat verdi,şəhidlə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə paylaşdı.Şəhidin atası Azər Quliyev bildirdi ki, şəhid Eltac Quliyev Vətən müharibəsində göstərdiyi igidliyinə  görə ölümündən sonra  Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən  "Vətən uğrunda" medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" medalı, "Qubadlının azad olunmasına görə" medalı, "Laçının azad olunmasına görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Tədbirdə şəhidin həyatı və şərəfli döyüş yolundan bəhs edən videoçarx izlənildi. Daha sonra tədbirin aparıcısı Gəncə MKS-nin komplektləşdirmə və kitabişləmə şöbəsinin böyük kitabxanaçısı Səidə İsmayılova qeyd etdi ki, bu gün hər kəs Şəhid məzarları önündə baş əyir,hər biri bir Azərbaycan olan Vətən Şəhidləri! Şərəflə qorudunuz bu Vətəni,Şəhidlik zirvəsinə ucalaraq onlar öz qanları ilə 28 ildən artıq düşmən tapdağı altında olan torpaqlarımızı azad etdilər.

Tədbirdə iştirak edən şəhid Eltac Quliyevinin  ailəsi onunla bağlı xatirələrini bölüşdülər və onun necə cəsur, igid  və vətənpərvər olduğunu söylədilər.

Sonda Gəncə MKS-nin direktoru Elmira Əliyeva ilk növbədə şəhidin ailəsinə tədbirdə iştirak etdiklərinə görə öz təşəkkürünü bildirdi. 

 

62 KB

 

59.2 KB