Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Uşaq Musiqi Məktəbinə yeni direktor Şixiyeva Aynur Rəhim qızı təyin olunub.

09.06.2021

Şixiyeva Aynur Rəhim qızı 02 mart 1991-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuş, 2008-ci ildə Gəncə Musiqi Texnikumunu, artist, konsertmeyster, uşaq musiqi məktəblərində musiqi müəllimi ixtisası üzrə bitirmiş 2012-ci ildə Bakı Musiqi Akademiyasının musiqişünaslıq, xor dirijoru, xor sənəti müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, həmin Akademiyanın Azad Həmkarlar İttifaqının təqaüdçüsü olmuş, 2015-ci ildə Naxçıvan Dövlət Universitetinin musiqişünaslıq, musiqi tənqidi ixtisası magistr elmi ixtisas dərəcəsi almış, 2012-ci ildən Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbində müəllim, 2015-ci ildən Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında əvəzçilik üzrə müəllim, 2019-cu ildən Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasının musiqi sənəti ixtisası üzrə Dissertantı, 2017-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Uşaq xor kollektivlərinin IX Respublika müsabiqəsinin Fəxri fərmanına layiq görülmüş, 2013-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, http://www.xn--musiqi-dnya-0hb.az/ harmony elektron jurnalında “Fikrət Əmirov və Gəncə” adlı məqalənin, 2020-ci ildə Türkiyə Respublikasında “VI Uluslararası Muzik və Dans Konqresi” kitabında “Fikrət Əmirovun vokal əsərlərinin xüsusiyyətləri” adlı elmi məqalənin müəllifidir.

 

29.9 KB