Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə şəhər Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri Gəncə şəhər Heydər Əliyev Mərkəzini ziyarət etdilər.

09.06.2021

Ekskursiya zamanı Nazirlər Kabineti Yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla və karantin rejiminin qaydalarına riayət edildi.

Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva şagirdlərə Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların baş keçidi deyil, habelə siyasi-iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkan, qarşılıqlı tamamlanma və vəhdət rəmzidir. Müstəqil dövlətçilik tariximizin ən qürurlu günlərini yaşadığımız bu günlərdə qazandığımız möhtəşəm zəfər möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir. Dövlət başçımızın qətiyyətli mövqeyi və möhkəm iradəsi sayəsində müzəffər Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad edərək, xalqımıza sevinc bəxş etdi, Qarabağın işğaldan azad edilməsinin zəruri əsaslarını yaradan Ulu Öndərin böyük arzusunu da uğurla gerçəkləşdirdi.

Şagirdlərə 15 iyun Milli Qurtuluş günü haqqında məlumat verildi və "Qurtuluş" filmi nümayiş edildi.

 

63.4 KB

 

68.8 KB

 

67.1 KB