Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Nizami Gəncəvi yaradıcılığında rəngarənglik” adlı onlayn formatda dəyirmi masa keçirildi.

10.06.2021

10 iyul 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi və Samux rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin birgə təşkilatçılığı ilə "Nizami Gəncəvi yaradıcılığında rəngarənglik" adlı onlayn formatda dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova iştirakçıları salamladı, tədbirin dahi Nizami Gəncəvi 880 illik yubileyinə həsr olunduğunu qeyd etdi və şairin həyat və yaradıcılığından danışdı. Sonra uşaq şöbəsinin müdiri Venera Məmmədova, həmin şöbənin kitabxanaçısı Zəminə Məmmədova çıxışında Nizami Gəncəvinin əsərlərindən azadlıq, demokratiya, əmək, qadın azadlığı, dahi şairin ədəbiyyat tarixində müstəsna xidmətindən danışdı. İştirakçılar " Nizami və dünya ədəbiyyatı", "Nizami Gəncəvini dünya necə tanıdı" mövzularını müzakirə etdilər. Sonda uşaq şöbəsinin fəal oxucusu Abbasova Ruhanə, Qarayeva Nərmin dahi şairin şeirlərini səsləndirdilər.

 

92.3 KB

 

85.4 KB

 

94.4 KB