Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Qayıdışdan doğan qurtuluş” adlı konfrans keçirilib

11.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “Qayıdışdan doğan qurtuluş” adlı konfrans keçirilmişdir.

Konfransda rayonun mədəniyyət işçiləri, Yeni Azərbaycan Partiyası Goranboy rayon Təşkilatının fəalları, II Qarabağ Vətən müharibəsi qaziləri iştirak etmişlər.

Konfransda Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə baş məsləhətçisi Gündüz Hacıyev “Qayıdışdan doğan qurtuluş” adlı məruzə çıxış etmiş, bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı üçün unudulmaz və dahi bir liderdir.

Konfransda həmçinin Yeni Azərbaycan Partiyası Goranboy rayon Təşkilatının məsul işçisi, ulu öndər Heydər Əliyevlə şəxsən görüşmüş Əzra Həşimova, Qarabağ Müharibəsi Əlillər, Veteranlar və Şəhid Ailələri Respublika İctimai Birliyinin Goranboy rayonu üzrə sədri Orxan Əliyev, II Qarabağ Vətən müharibəsinin qazisi Şəmsi Hacıyev və Goranboy rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyyam Quliyev çıxış edərək ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətindən ətraflı məlumat vermişlər

 

94.4 KB

 

107.2 KB