Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Xalqın xilaskarı” adlı dəyirmi masa keçirildi

11.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 11 iyun 2021-ci il tarixdə 15 İyun Milli Qurtuluş Günü ilə bağlı "Xalqın xilaskarı" adlı dəyirmi masa keçirildi. 

Tədbirdə Mədəniyyət Mərkəzinin kollektivi iştirak etdi. Tədbirin ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən  Arif Məmişov açdı. O, qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi. Həmin gün, sözün həqiqi mənasında ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başladı. Ulu Öndərimiz 15 İyun Milli Qurtuluş gününü Azərbaycan tarixinə qızıl həriflərlə yazdı.

Sonra söz Mədəniyyət Mərkəzinin metodisti Səadət Bağırovaya verildi. O, öz çıxışında qeyd etdi ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında müstəsna rolu olan, daim xalqına arxalanan Heydər Əliyev olmuşdur.

Daha sonra söz Mədəniyyət Mərkəzinin baş metodisti Göyçək Hüseynovaya verildi. O, öz dəyərli fikirlərini bildirərək qeyd etdi ki, Ulu Öndərin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 iyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Hazırda Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Ali Baş komandanımız İlham Əliyevin güclü siyasəti və ordumuzun əzmkar şücaəti  nəticəsində torpaqlarımız   işğaldan azad olundu. Biz qələbəmizi dəmir yumruq hesabına, düşməni qova-qova qazanmışıq.  Biz əminik ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmiş Azərbaycan xalqı öz dövlət müstəqilliyini, respublikasını göz bəbəyi kimi qoruyacaq, onu daha da möhkəmləndirəcək, gələcəyə doğru inamla aparacaqdır.

 

89.1 KB

 

90.1 KB

 

91.7 KB