Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Qarabağ Azərbaycandır” mövzusunda müsabiqə keçirilib

11.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbində 03 iyun 2021-ci il tarixində siniflərarası “Qarabağ Azərbaycandır” adlı vətənpərvərlik mövzusunda müsabiqə keçirilmişdir. Müsabiqədə məktəbin 120 nəfər şagirdi iştirak etmişdir.

Müsabiqədə “Qarabağ şikəstəsi” (Süleyman Ələsgərov), “Aşıqsayağı” (Fikrət Əmirov), “Laçın” (Elmira Nəzirova), “Marş” (Mobil Əhmədov), “Döyüşçülər marşı” (Üzeyir Hacıbəyli), “Əsgər marşı” (Cavanşir Quliyev), “Vətənimdir” (Süleyman Ələsgərov), “Azərbaycan” (Ələkbər Tağıyev), “Xudayar təsnifi” (Əlibaba Məmmədov) bəstəkar mahnıları ifa olunmuşdur.

Müsabiqədə fortepiano, tar, kamança, qanun, qarmon, xanəndəlik ixtisasları üzrə təhsil alan şagirdlərdən 30 nəfəri I, II, III yerlərin sahibi olmuşlar.

10.06.2021-ci il tarixində məktəbin direktoru Səadət Məmmədbəyova müsabiqə qaliblərini təbrik etmiş, onlara diplomları təqdim etmişdir.

Müsabiqə qaliblərini təbrik edirik.  

 

83.5 KB

 

101.4 KB

 

101.1 KB