Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Milli Qurtuluş- möhtəşəm zəfərimizdir” mövzusunda onlayn tədbir keçirilmi.dir

11.06.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı və Gəncə şəhər Heydər Əliyev Mərkəzi 15 iyun- Milli Qurtuluş Günü ilə əlaqədar “Milli Qurtuluş- möhtəşəm zəfərimizdir” mövzusunda onlayn tədbir keçirdi.
Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd etdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan önəmli günlərdən biri də Milli Qurtuluş günüdür. Azərbaycan dövlətinin ağır günlərində Ülu Öndər Heydər Əliyevin ölkəmizə xilaskar qayıdışı həm dövlətçiliyi, həm də xalqı məhv olub, parçalanmaqdan qorumaq üçün göstərdiyi əzmi, fədakarlığı heç zaman ünutmamalı, daim Ulu Öndərimizə minnətdar olmalıyıq.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək bildirdi ki, tariximizə  15 iyun Milli Qurtuluş günü  kimi daxil olmuş əsl qurtuluş tarixi Azərbaycan xalqının ölüm-dirim mübarizəsindən alnıaçıq, üzüağ çıxdığı günüdür. Bu məqsədlə Gəncə Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə bu günlə əlaqədar silsilə tədbirlər təşkil olunur.
Saatlı rayon Ələddin Şüküroğlu adına  Varxan kənd orta məktəbinin direktoru, əməkdar müəllim Lətif Şimşəkov çıxış edərək qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev  Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır. Heydər Əliyev Azərbaycan tarixinə silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. 
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova çıxışında qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi. Heydər Əliyevin müdrikliyi ilə Azərbaycanın bir sıra ciddi problemləri həllini tapdı. Ölkəmiz hər şeydən əvvəl vətəndaş müharibəsi təhlükəsindən, parçalanmadan və beynəlxalq aləmdən təcrid olunmaqdan xilas oldu.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aida İbrahimova , Saatlı rayon Ələddin Şüküroğlu adına Varxan kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Mirvari Babayeva, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin  “Tədbirlərin təşkilatçısı” ixtisasının tələbəsi Günay Şükürova,  Saatlı rayon Ələddin Şüküroğlu adına  Varxan kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat fənni üzrə gümüş mükafatçı, tarix fənni üzrə bürünc mükafatçısı Zəhra Hüseynova çıxış edərək bildirdilər ki, azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün ən müqəddəs nemətdir. Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”  kəlamı hər bir dövr üçün aktuallığını qoruyur, birliyə, həmrəyliyə, bir çağırış kimi önə çəkilir. Bu baxımdan, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi Heydər Əliyevin adı ilə bağlıdır.
Saatlı rayon Ələddin Şüküroğlu adına Varxan kənd orta məktəbinin şagirdləri Bahar Ənvərova, Elvin Şıxıyev, Fatimə Həsənova, Şəki Həsənova, Aysel Əhmədova, Bekir Muradov, Aygün Mərdiyev, Aygünəş Bekirova Ulu Öndərlə bağlı şeirlər söylədilər.

 

74 KB

 

64 KB

 

48.2 KB