Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbi vətənpərvərlik müsabiqəsində uğur qazanıb

16.07.2021

15 iyul 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən Uşaq Rəssamlıq Məktəbinin şagirdləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin II Qarabağ Vətən müharibəsində tarixi qələbəmizə həsr olunmuş rəsm və əl işləri üzrə “Gənc Rəssamların Respublika müsabiqəsində” iştirak edərək uğur qazanıb.

Məktəbin şagirdlərindən Əliyeva Üfüqə Vaqif qızı I dərəcəli diplomla, Eminova Emiliya Rabin qızı II dərəcəli diplomla, Hüseynova Nuray Ramin qızı fəxri fərmanla təltif olunmuşlar.

Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin müəllimləri Bağırova Vəfa Bəhram qızı və Bağırova Sevinc Nuşirəvan qızı fəxri fərmanla təltif olunmuşlar.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və rəis müavini Asəf Məmmədov diplomları və fəxri fərmanları sahiblərinə təqdim etmişlər. Vasif Cənnətov şagirdlərə yeni dərs ilində böyük nailiyyətlər qazanmağı arzulamışdır.

Təbrik edirik.

 

93.1 KB

 

102.8 KB

 

93 KB