Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Vətənə sədaqət andı” başlıqlı onlayın tədbir keçirilmişdir

19.07.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər  Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin 24 saylı kitabxana  filialı  Cəmşid Naxçıvanski adına Hərbi liseyin yaradılmasının 50 illik yubileyinə həsr edilmiş "Vətənə  sədaqət andı" başlıqlı onlayın tədbir keçirdi. Tədbiri kitabxana filialının müdiri Rahilə Qasımova açaraq,   tədbir iştirakçılarını salamladl və Cəmşid Naxçıvanski adına Hərbi liseyin  yaradılması haqqında məlumat verdi.

Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar mədəniyyət işçisi, şair publisist  Bəxtiyar Muradov,  Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə, çağrışa qədərki  hazırlıq və mülki  müdafiə kafedrasının baş  müəllimi I Qarabağ müharibəsi qazisi kapitan  Fikrət Hüseynov,  Cəmşid Naxçıvanski adına Hərbi liseyin  İdeoloji iş və mənəvi-psixoloji təminat şöbəsinin  bədii qiraət, natiqlər dərnəyinin rəhbəri Gülsəda Aman, 6 saylı tam orta məktəbin Gənclərin çağrışa qədərki hazırlıq rəhbəri I Qarabağ müharibəsi iştirakçısı  baş leytenant Nəriman Sadıqov, Hərbi liseyin kursantı Vüqar İsmayılov, MKS-nin direktor müavini Fəridə Qədimova çıxış etdilər. Tədbirdə Hərbi liseyin Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılmasından danışıldı. Ulu öndərin milli zabit kadrlarının yetişdirilməsi məqsədilə  belə bir məktəb yaratması, ona Cəmşid Naxçıvanskinin adının verilməsi heç də  asan olmamışdı. Respublikamızın gələcəkdə öz  müstəqilliyini bərpa edəcəyinə əmin olan uzaqgörən dahi liderimiz Heydər Əliyev  yaratdığı təhsil ocağını yad təsirlərdən qətiyyətlə  qoruyaraq onun fəaliyyətinin davam etdirilməsi üçün səylərini  əsirgəməmişdi. 
 44 günlük Vətən müharibəsində hərbi liseyin məzunları respublikamızın təhlükəsizliyinin, ərazi bütövlüyünün qorunmasında fədakarlıq, əzimkarlıq, şücaət və rəşadət nümunələri göstərdilər. Tədbirdə həmçinin Vətən müharibəsində hərbi liseyindən şəhid və qazi olanlar,  "Vətən Müharibəsi Qəhrəmanı", "Azərbaycanın Milli Qəhrəmanı" kimi fəxri adlara layiq görülənlər də olunduğu söylənildi. Gülsəda     Aman hərbi liseydə kursantlar üçün yaradılmış şəraitdən də danışdı. Tədbirdə iştirak edənlər hərbi liseyin heyyətinə gələcək işlərində bol-bol uğurlar arzuladılar.
Tədbirdə Cəmşid Naxçıvanski  Hərbi  liseyinə   həsr edilmiş  videoçarx nümayiş etdirildi. 
Sonda kitabxananın oxucusu  Mədinə Orucova orduya həsr edilmiş şeir söylədi.

 

145.3 KB

 

106.9 KB

 

96.2 KB