Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sönməz günəşin hikmət dəryası” adlı onlayn tədbir keçirildi

10.09.2021

09 sentyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Heydər Əliyev Mərkəzi və Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialının birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyi  münasibəti ilə “Sönməz günəşin hikmət dəryası” adlı onlayn tədbir keçirildi.

Tədbirin fəxri qonaqları Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin böyük elmi işçisi Aləmzər Tağıyeva və böyük elmi işçi Əlimuxtar Muxtarov olmuşlar.

Tədbirdə Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Samux rayon Mədəniyyət Mərkəzinin işçiləri. iştirak etmişlər.

Tədbiri giriş sözü Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialının müdiri Samirə Məmmədova açaraq dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqından danışdı.

Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  direktor  əvəzi Telli Nəsibova çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.01.2021-ci il tarixli məlum Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunmasını, bununla bağlı silsilə tədbirlər Samux  rayon Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin filiallarında davamlı keçirildiyi bildirdi.

Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova öz çıxışında Nizami Gəncəvinin yalnız Azərbaycan mədəniyyəti üçün deyil, eyni zamanda bütün Türk dünyasında mühüm mövqeyindən, dövrün tələblərinə uyğun fars dilində yazıb yaratmasına baxmayaraq canı, ruhu ilə əsl Azərbaycan türkü olduğu haqqında, Azərbaycanın ulu öndəri Heydər Əliyevin Nizami Gəncəvi irsinin təbliğində, adının əbədiləşməsində misilsiz xidmətlərindən danışdı.

Tədbirimizin fəxri qonaqları Aləmzar Tağıyeva və Əlimuxtar Muxtarov Nizami Gəncəvinin insan fəlsəfəsi və elmi fəlsəfəsindən geniş fikirlər söylədilər.

Sonda Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Seyidlər kənd kitabxanasının müdiri Xatirə Məmmədova Nizami Gəncəvi haqda dəyərli fikirlər  söylədi və Şeyx Nizaminin “Ay üzlün nigarım, kimə mehman olacaqsan?” qəzəlini söylədi.