Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Uşaqlar hər bir dövlətin sabahıdır” adlı onlayn tədbir keçirildi.

13.09.2021

Tədbir Samux rayon MKS-nin Mərkəzi Kitabxananın kollektivi, qəsəbə və kənd kitabxana filiallar, müəllimələr və məktəblilərin iştirakı ilə keçirildi. Tədbiri giriş sözü ilə Samux rayon MKS-nin Uşaq şöbəsinin müdiri Venera Məmmədova açaraq, sözü Kitabxananın əvəzedici direktoru Telli xanım Nəsibovaya  verildi. Telli xanım  çıxışında uşaqların humanizm, dostluq, həmrəylik və vətənə sevgi hisslərinin tərbiyə olunmasından  danışdı. Heydər Əliyev Mərkəzinin direktoru Nuranə xanım Həsənova, Metotika və bibloqrafiya şöbəsinin müdiri Şükürova Rübabə - “Vətəni sevək və layiq olaq”, Mərkəzi Kitabxananın işçisi Salmanova Samirə,  Mirzə Ələkbər Sabir adına  tam orta məktəbin müəlliməsi Gülnarə Məmişova – “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsulliyyəti”,Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması   şöbəsi - informasiya texnalogiyaları üzrə mütəxəssisi Qarayeva Pərvanə, Samux rayon 2 saylı tam orta məktəbin müəlliməsi Sevil Ələkbərova  -“ Uşaqlar öz hüquqlarını bilməlidir” və Uşaq şöbəsinin multumediya resusları üzrə mütəxəssis İlahiyyə Sadıqova – “Uşaq zorakılığına yox deyək!” mövzusunda çıxış etdilər.     

       Şöbənin müdiri Venera Məmmədova çıxışında Heydər Əliyevin hər zaman uşaqlara qayğı ,diqqət və məhəbbətlə yanaşdığını,ölkə Prezidenti İlham Əliyevin uşaqların savadlı və firavan böyüməsi məsələlərini dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi qəbul etdiyini vurğuladı.  

   Tədbirin məqsədi: Uşaqlarda humanizm, dostluq,vətənə sevgi hisslərini tərbiyə olunması ,onların istedadd və bacarıqlarınıı üzə çıxarmaqdır.