Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Folklor hər bir xalqın qan yaddaşıdır” adlı onlayn layihəyə start verərək mövzu gecəsi keçirilib

13.09.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 11.09.21-ci il tarixində “Folklor hər bir xalqın qan yaddaşıdır” adlı onlayn layihəyə start verərək mövzu gecəsi keçirtdi.Tədbiri şöbənin müdiri Ellada Rəhimova açıq elan edərək Azərbaycan folkloru haqqında ətraflı məlumat verdi və bildirdi ki, Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərinə malik bir ölkədir.Folklor xalqın milli mənşəyini, soykökünü, yaddaşını,mənəvi əxlaqi-dəyərlərini nişan verən şifahi söz sənəti xəzinəsidir. Tədbirdə iştirak edən AYB-nin Gəncə Yazıçılar Birliyinin üzvü, şairə Aləmzər Əlizadə, AMEA-nin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin böyük elmi işçisi,filologiya üzrə fəlsəfə doktoru Gülnar Qəmbərova, AMEA-nin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin böyük elmi işçisi,filologiya üzrə fəlsəfə doktoru İlhamə Ağazadə, Gəncə şəhər 26 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəbin ibtidai sinif müəlliməsi Xəyalə Hüseynova öz çıxışlarında qeyd etdilər ki, folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücünü parlaq əks etdrən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu əsərlər qədim dövrlərdə yaranaraq, dildən-dilə, ağzdan-ağıza keçərək yaşamış və zənginləşmişdir. Gəncə MKS-nin direktor müavini Fəridə Qədimova Azərbaycan folklorunun janr zənginliyinə malik olmasından və bu janrlarda xalqın tarix boyu taleyində baş verən bütün hadisələr, demək olar ki, onun yaratdlğı bütün sənət əsərlərində-bayatılarda, laylalarda, atalar sözlərində, oxşamalarda, nağıl və dastanlarda, o cümlədən toxuduğu xalçaların ilməsində, düzəltdiyi qabların naxışında əks olunmasından söhbət açdı.Tədbirdə iştirak edən M.Füzuli adına Gəncə şəhər 22 №-li məktəbin şagirdləri bayatılar, atalar sözləri, yanıltmaclar və digər folklor nümunələri söyləyərək tədbiri daha da maraqlı etdilər. Sonda Gəncə Dövlət Kukla Teatrının aktyorları tədbirin kiçikyaşlı iştirakçılarına yazıçı dramaturq Rafiq Səməndərin “Cətin məsələ” nağılını təqdim etdilər.