Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Novruz Gəncəli – 100” adlı tədbir keçirilib

13.09.2021

10 sentyabr 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mərkəzi Kitabxanasında şair, dramaturq, tərcüməçi Novruz Gəncəlinin 100 illiyi ilə bağlı onlayn tədbir keçirildi.

           Tədbiri Goranboy rayon MKS-nin Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova açaraq şair haqqında  məlumat verdi. Təzəgül  Abbasova Novruz  Gəncəlinin müasir dövr ilə səsləşən əsərlərindən  söz açıb.  

Oxuculara xidmət şöbəsinin, Abonement bölmə müdiri Gülnar Nəcəfova  şair Novruz  Gəncəlinin  həyat  və  yaradıcılığı  haqqında  geniş  məlumat  verdi.  Dahi  şair Səməd Vurğunun Novruz  Gəncəli  haqqında  dediyi “Ədəbiyyatımıza əsl şair gəlir” ifadəsini nəzərlərə çatdırdı.

           Oxuculara xidmət şöbəsinin müdiri Səidə Abdullayeva çıxış edərək şairə verilən Gəncəli  təxəllüsü haqqında məlumat verdi. 

           Veyisli kənd kitabxana filialının böyük kitabxanaçısı Sənəm Böyükkişiyeva şairin şeirlərindən səsləndirdi.