Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

II Qarabağ müharibəsi şəhidi Ələkbərov Rəşad İlqar oğlunun anadan olması günü ilə əlaqədar “Şəhidlik ən uca zirvədir” adlı anım günü keçirildi

14.09.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı 14.09.2021-ci il tarixində II Qarabağ müharibəsi şəhidi Ələkbərov Rəşad İlqar oğlunun anadan olması günü ilə əlaqədar “Şəhidlik ən uca zirvədir” adlı anım günü keçirdi.

Tədbiri açan filialın müdiri Firuzə Yunusova Şəhidin həyatı və döyüş yolundan danışdı. Qeyd etdi ki,  44 günlük qələbəni bizə yaşadan şəhidlərimizdən biri də Rəşad İlqar oğlu Ələkbərovdu. Bu gün onun doğum günüdür. Cənnətdəki ilk ad günün mübarək olsun, Şəhidim! Ələkbərov  Rəşad 15 sentyabr 1997-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2012-ci ildə  Gəncə şəhəri 44 saylı orta məktəbi bitirmişdir. 2016-2018-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən əvvəl və sonra video operator işləmişdir.  2020-ci il sentyabrın 27-də Vətənin müdafiəsinə getmiş, Füzuli, Hadrud, Daşaltı və Şuşanın işğaldan azad olunmasında qəhrəmanlıqla vuruşmuşdur. Şuşa işğaldan azad olunduqdan sonra ordumuzun Şuşa-Laçın istiqamətində irəliləyişi zamanı noyabrın 9-da şəhid olub, Gəncənin Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Anasının tək ümidi idi. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Tədbirdə çıxış edənlər GDU-nun tarix coğrafiya fakultəsinin dekanı Hüseyn Bəxtiyarlı, GDU-nun  baş müəllimi Bəhman Kazımov MKS-nin direktor əvəzi  Fəridə Qədimova şəhidlərin, şəhid ailələrinin qarşısında həmişə borclu olduqlarını, onların heç vaxt unudulmayacaqlarını söylədilər. Sonra  şəhidin anası I Qarabağ müharibəsi veteranı Nailə Ələkbərova, dayısı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosialogiya İnstitutunun aparıcı elmi işçisi, Fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli Rəşadla bağlı xatirələrini bölüşdülər. Şəhidin ailəsi onlarla birlikdə Rəşadın  xatirəsini  yad edən, tədbirin keçirilməsində dəstək olan hər kəsə təşəkkürünü bildirdilər.