Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində Milli Musiqi gününə həsr olunmuş tədbir keçirildi

19.09.2021

18 sentyabr 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər T.Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 136 illiyinə və Milli Musiqi gününə həsr olunmuş tədbir keçirtdi.

Azərbaycan Respublikasının Dövlət Himni səslədikdən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qahirə Məmmədova II Qarabağ Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi 1 dədiqəlik sükutla yad etdilər.

Sonra o, Milli Musiqi Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi.

Məktəbin nəzəriyyə şöbəsinin müəllimləri Gülnar Həsənova və Nərmin Həsənova dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığında məluma verdilər.

Sonda məktəbin müəllimləri Respublikanın Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova və klarnet ifaçısı Islam Həsənov bəstəkarın əsərlərindən ibarət musiqi nömrələri təqdim etdilər.