Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Milli Azlıqların Bədii Yaradıcılıq Antologiyası”kitabının təqdimatını keçirilib

19.09.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı  18 sentyabr 2021-ci il tarixində Milli Azlıqların Bədii Yaradıcılıq Antologiyası kitabının təqdimatını keçirdi.  

19 saylı kitabxana filialının müdiri  Elza Əliyeva ölkəmizdə yaşayan milli azlıqlar haqqında məlumat verdikdən sonra “Milli Azlıqların Bədii Yaradıcılıq Antologiyası”kitabının təqdimatını etdi.

Tədbirdə Azərbaycan Yazıçılar birliyinin üzvü Gəncə şəhər bölməsi üzrə baş məsləhətçi şairə Aləmzər Əlizadə, Gəncə şəhər  Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktoru Gülnar Hüseynova, həmin məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Mərquşə İbrahimova, ibtidai sinif müəlliməsi Fidan Musayeva, 8 Mart adına orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Validə Hüseynova  Azərbaycanda bütün millətlərin və varlıqların nümayəndələrinin vahid bir ailənini üzvüləri kimi yaşayışlarından danışdılar. Avropa-Azərbaycan məktəbinin riyaziyyat müəlliməsi  Sevil Əliyeva   “Azərbaycanda milli və dini birgəyaşayışın ən sivil normaları”, ADPU-nun filalogiya fakultəsinin III kurs tələbəsi Hüseyn Əliyev “Bir xalçanın ilmələri” adlı çıxışlar etdilər. Milli azlıqlar haqqında hazırlanan video-çarxa baxdıqdan sonra 13 saylı tam orta məktəbin  III sinif şagirdləri Babayeva Duyğu ləzgi şairi Məhəmməd Ağanın “Şəhidlər”, Qasımzadə Mehman “Şahdağım”,Yusubova Nuray talış şairi Cavidanın “Dünya başına dolana”, 26 saylı Lisey məktəbinin 3 sinif şagirdi Nuray Məmmədova “Ana Vətən”, Qəşəmli Mehri udin şairi Racik Ağacaninin “Yurdumuz”, Məmmədli Zəhra, Qəşəmli Nuray dağ yəhudiləri şairi Milix Yevdayevin “Minnətdarlıq”,Əliquzuyeva Fidan Simax Şeydanın “Qürbətdəyəm, qürbətdə”,İsmayılov Mirkamil şair İlham İlhaminin “Möhkəm dur əsgər bala”, Əliyev Amin, Qəşəmli İnci Avar şairi Mamed Mamedovun “Salam olsun”, Babayev Hikmət şair Mirheydər Bəşərunun “Əsgər gedirik”,  Qəşəmli Nuran “Geogi Kaçaarinin “Böyük bir Vətənim var”,Qəşəmli Gülçin tat poeziyasından Məmməd Qədirin “Ağaclar“ şerlərini söylədilər.