Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid və Qazi ailələri ilə Şəhidlərimizi tanıyaq və tanıdaq adlı görüş keçirilmişdir.

19.09.2021

Bu gün Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Şəfəq kənd və Qaraçinar kənd Mədəniyyət evi Kitabxana filialının təşkilatçılığı ilə birgə Şəfəq kənd Mədəniyyət evində Şəhid və Qazi ailələri ilə Şəhidlərimizi tanıyaq və tanıdaq adlı görüş keçirilmişdir.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış igid oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Birinci Qarababağ müharibəsi və Vətən Müharibəsinin Şəhid ailələri,Qaziləri iştrak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon Mədəniyyət Mərkəzinin mədəni-təşkilatçısı Elçin Tağıyev 44 günlük Vətən Müharibəsində igidlik nümaiş etdirən Goranboyluların sücaətliyindən danışdı. Şəhid ailələrinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun Goranboy rayon üzrə baş məsləhətçisi Gündüz Hacıyevin adından dərin hüzünlə başsağlığı verərək Şəhidlərimizi tanıyaq və tanıdaq layihəsinin bundanda sonra Mədəniyyət işçiləri tərəfindən davamlı olaraq tədbirlərin keçiriləcəyini diqqətə çatdırdı.
Tədbirdə Şəfəq kənd Mədəniyyət evinin direktoru Samirə Kazımova və Qaraçinar kənd Mədəniyyət evinin direktoru Tahirə İmanova Şəhidlərimizə Allahdan rəhmət Qazilərimizə uzun ömür dilədilər.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy  rayonu üzrə Baş Məsləhətcisi Gündüz Orucov tərəfindən hazırlanmış 8 Noyabr Zəfər Gunü Xarı Bülbülün tablosu 44 günlük Vətən Müharibəsi  Şəhidi Tacir Fariz oğlu Qurbanov Orucov Nemət Əkbər iğlu Birinci Qarabağ Müharibəsi Şəhid ailəsi Mehriban Qurbanovaya və Qazi Ağalar Əsədova   təqdim edilmişdir.
Şəhid ailələri və Qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə Birinci Vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.