Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qoy həmişə sülh olsun!” adlı tədbir keçirilib

21.09.2021

20 sentyabr 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mərkəzi Kitabxana 21 sentyabr Beynəlxalq Sülh Gününə həsr olunmuş “Qoy həmişə sülh olsun!” adlı tədbir keçirdi.

           Tədbiri Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova  açaraq “Beynəlxalq Sülh Günü”nün  yaranma səbəbi haqqında məlumat verdi.

           Xidmət şöbəsinin Abonement bölmə müdiri Gülnar Nəcəfova çıxış edərək “Sülh gününün yaranma tarixi” haqqında  məlumat verdi.

           Mərkəzi Kitabxananın Komplektləşdirmə və Kitabişləmə şöbəsinin biblioqrafı Qəmər Cəfərova çıxış edərək 44 günlük Vətən Müharibənin nəticələrindən danışaraq gənclərin yarımçıq qalmış həyat hekayələrinə təəssüfləndiyini qeyd etdi.

           Sistem inzibatçısı Solmaz Məmmədova çıxış edərək şəhidlərin döyüş yolundan danışdı.

           Şahməmmədli kənd kitabxana filialının kitabxanaçısı Rəxşəndə Xəlilova çıxış edərək  “Biz analar müharibələrin əleyhinəyik, biz ancaq sülh istəyirik” söylədi.

           Sonda tədbir iştirakçıları 21 sentyabr Beynəlxalq Sülh Gününə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.