Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 ” Əbədiyyət üfüqündə doğan günəş ” adlı onlayn tədbir keçirilib

22.09.2021

21.09.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Samux şəhər kitabxana filialının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş  " Əbədiyyət üfüqündə doğan günəş " adlı onlayn tədbir keçirildi.

Tədbir Samux rayon MKS-nin Samux şəhər kitabxana filialının kollektivi, kənd kitabxana filiallar, müəllimlər və məktəblilərin iştirakı ilə keçirildi. Tədbiri giriş sözü ilə Samux rayon MKS - nin  Samux şəhər kitabxana filialının müdiri Bahar Gözəlova açaraq cıxışında qeyd etdiki Bildiyimiz kimi  Cənab Prezidentimizin sərəncamına əsasən 2021-ci il“Nizami Gəncəvi ili”elan olunmuşdur və sərəncam Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880illik yubileyi munasibətilə verilmişdir. Sonra sözü MKS-nin direktoru Telli xanım Nəsibovaya verdi. Telli xanım çıxışında 12- ci əsr dünya poeziyasının günəşi sayılan böyük Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi irisindən danışdı. Samux şəhər 3 saylı tam orta məktəbin müəlliməsi Kəmalə Səfərova - şairin həyatı haqqında məlumat verdi. 3 saylı tam orta məktəbin müəlliməsi Gülarə Cabbarova - şairin yaradıcılığı haqqında məlumat verdi. 3 saylı tam orta məktəb şagirdliərin Nilüfər Hüseyinli - Ay üzülü nigarım qəzəlini söylədi. Mənsə Həsənova - Atanın oğlan nəsihəti şeiri söylədi. Səma, Sevil, Gülcamal, Xurşid, Xədicə dahi şairin hikmətli sözlər haqqında aforizimlərini səsləndirdilər.