Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidlərimizi tanıyaq və tanıdaq” adlı görüş keçirilmişdir.

22.09.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Səfikürd kənd Sənətkarlıq evi, Səfikürd kənd Kulubu və  Kitabxana filialının təşkilatçılığı ilə birgə rayonun Səfikürd kəndində Şəhid Nofəl Həmid oglu Behbudovun evində  şəhid və qazi ailələri ilə "Şəhidlərimizi tanıyaq və tanıdaq" adlı görüş keçirilmişdir.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucalmış igid oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Vətən Müharibəsinin Şəhid ailələri, Qazilər, ziyalılar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon Mədəniyyət Mərkəzinin mədəni-təşkilatçısı Elçin Tağıyev 44 günlük Vətən Müharibəsində igidlik nümayiş etdirən goranboyluların sücaətliyindən danışdı. Şəhid ailələrinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun Goranboy rayon üzrə baş məsləhətçisi Gündüz Hacıyevin adından dərin hüzünlə başsağlığı verərək "Şəhidlərimizi tanıyaq və tanıdaq" layihəsinin bundanda sonra mədəniyyət mərkəzinin  əməkdaşları tərəfindən davamlı olaraq tədbirlərin keçiriləcəyini diqqətə çatdırdı.
Tədbirdə Şəhid ailələri müharibə veteranları ictimayi birliyinin Goranboy rayon üzrə sədri Orxan Əliyev, Səfikürd kənd Sənətkarlıq evinin direktoru Telli Behbudova  kənd kulubunun nümayəndəsi Ayna Abdullayeva  kitabxanaçı Gilas Yolçuyeva Səfikürd kənd tam orta məktəbinin direktoru Lamiyə Abışova şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə uzun ömür dilədilər.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy  rayonu üzrə baş məsləhətçisi Gündüz Hacıyev tərəfindən hazırlanmış 8 Noyabr Zəfər  Günü simvoli Xarı Bülbülün tablosu 44 günlük Vətən Müharibəsi  Şəhidi Kənan Yusifov,Kamil Qasımov,Sahil Rəsulov,Nofəl Behbudov,Emil Həsənov,Taleh Aslanov,Əli Ələsov, Səməd Rzayev və Qazi Hüseynov Xeyyam Təbriz Əliyevə təqdim edilmişdir.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.