Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İkinci Qarabağ Müharibəsi şəhidləri”-nin şəhadətə ucalmasının il dönümü ilə əlaqədar dəyirmi masa keçirilmişdir

22.09.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbində İkinci Qarabağ Müharibəsi şəhidləri"-nin şəhadətə ucalmasının il dönümü ilə əlaqədar dəyirmi masa keçirilmişdir.

Tədbirdə ilk olaraq şəhidlərin ruhu  1 dəqiqəlik sükütla yad edildi.

Xocalı 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Ziya Aşırov çıxış edərək, bildirdi ki, hər birimiz üçün müqəddəs sayılan torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş, vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırılmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməri olaraq qarşısında baş əyərək, onlara Allahdan rəhmət diləyirik.

44 gün davam edən Vətən müharibəsi zamanı bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. "Dəmir yumruq"əməliyyatı nəticəsində düşmən darmadağın edilmiş və Azərbaycan Ordusu Qələbə qazanmışdır.