Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə Dövlət Kukla Teatrı Estoniyada keçirilən 24-cü Beynəlxalq festivalında iştirak edib

22.09.2021

Gəncə Dövlət Kukla Teatrı 16-19 sentyabr 2021-ci il tarixində Estoniyanın Vilyandi şəhərində keçirilən 24-cü Beynəlxalq «Teatr çamadanda» Kukla tamaşaları festivalına iştirak etmək üçün dəvət almışdır.

Bir neçə ölkənin (Latviya, Litva, Moldova, Azərbaycan, Ukrayna Estoniya) iştirak etdiyi bu festivala Gəncə Dövlət Kukla Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə qatılmışdır.

Gəncə Dövlət Kukla Teatrı festivalda Hans Xristian Andersenin “Düyməcik” tamaşası ilə çıxış etmişdir. Pandemiyaya görə yaranmış uzun müddətli fasilədən sonra Gəncə Dövlət Kukla teatrının belə mötəbər Beynəxalq Festivala dəvət alması yaradıcı heyətdə böyük ruh yüksəkliyi yaratmışdır. Teatr 16 sentyabr festivalın açılış tədbirində iştirak etmişdir. Festivalın ikinci günü H.X.Andersenin “Düyməcik” əsəri ilə çıxış edən teatrın yaradıcı heyəti öz çıxışları ilə Estoniyalı tamaşaçıları heyrətləndirə bildirmişlər.

Tamaşanın quruluşçu rejissoru Şamil Məmmədli, kuklaçı rəssamı Təranə Cəfərova dekorator rəssamı Sara Məmmədovadır. Rolları Fəxri Mədəniyyət işçiləri Səməd Xanəhmədov, Nahidə Namazova və gənc aktrisa Nərmin Şərifova İfa etmişlər. Tamaşadan sonra səhnəyə çıxan festivalın sədri Altmar Loris belə çətin vaxtda Gəncə Dövlət Kukla Teatrının festivalda iştirak etməsinə şərait yaratdığına görə Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimova öz minnətdarlığını bildirdi və festivalın diplomunu və kubokunu təqdim etmişdir.